Büdcənin pulları hara, necə xərclənir?

Azərbaycanda nəyə nə qədər pul ayrıldığını öyrənmək, müqayisə emək üçün kiçik bir araşdırma yapdım. Gördüm ki, YAP yenə yapıb yapacağını.
Belə ki, bu gün “Gül bayramı” qeyd olunduğunu nəzərə alaraq araşdırmağa bundan başladım. Müxtəlif xəbər agentlikləri, müxtəlif rəqəmlər söyləyiblər. 10 milyondan 20 milyona qədər. Bir orta yol seçmək üçün deyək ki, bu il Azərbaycanın büdcəsindən yapmacq bir bayrama görə 15 milyon manta pul xərclənib.
Bəs, güzəştli ipoteka? Araşdırmam onu göstərir ki, artıq neçə illərdir güzəştli ipoteka üçün yalnız 14 milyon manat ayılır.
Bu il Azərbaycanda keçiriləcək Eurovison mahnı müsabiqəsinə isə 1 milyard manat xərclənəcəyi nəzərdə tutulub.
Məlumdur ki, ölkədə təhsil səviyyəsi çox aşağıdır. Demək olar ki, hökümət üçün lazımlı kadrlar yetişmir. Kadrlaın yetişməsi üçün xaricdə təhsil zəzuri bir hala çevrilib. Bununla belə, tələbələrin xaricdə təhsil alması üçün 2007-ci ildə 2.2 milyon manatdan 800 min, 2008-ci ildə 5 milyon manatdan 2.3 milyon, 2009-cu ildə 10 milyon manatdan 8 milyon, 2010-cu ildə 10 milyon manatdan 9.6 milyon, 2011-ci ildə isə 15 milyon manatdan 13 milyon manatı xərclənib.
Bu il isə Neft fondundan xaricdə təhsil üçün 20 milyon manat vəsait ayrılıb.
Nəzərə alsaq ki, 2007-dən bu yana 5 il ərzində cəmi 1200 tələbə xaricə göndərilib onda aydın olur ki, heç də az məbləğdə ayrılan bu pulların hamısı ədalətli bir şəkildə xərclənmir. Bu isə ayrıca bir müzakirə mövzsudur.

Fotolar (İlham Əliyev, bayraq, yumurta, twitter və keçid)

Bu, xalamın 3 yaşlı nəvəsinin papağıdır. O, bu papağın üstündəki bayrağa “milli” deyə bilmədiyi üçün “filli” deyir. Əslində milli deməməyində haqlıdır. Çünki,bizim milli bayrağımız belə deyil. “Twitter” meyvə şirəsi. Sadəcə maraqlı olduğu üçün çəkdim 🙂
Bulvarlar Azneft meydanı arasındakı piyada keçidi. Fotoya diqqətlə baxın. Əngəllilər və uşaq arabacıqları üçün olan keçid digəri ilə eynidir. Arabının təkərləri üçün yer qoyulmayıb.
Görmüşük ki, içini alıcılara göstərmək üçün  qarpızı kəsərlər. Amma bizimkilər yumurtanı da sındırıb içini göstərirlər. 🙂Analoqu olmayan yaltaqlıq. Xalçanı toxuyan qədər, divara asan da günahkardır!
(Fotolar Bəyim Həsənliyə(yəni mənə) aiddir)  😀

Təzadlar

Ötən il 2 aprel mitinqində xeyli müxalifətçi həbs olundu. 2 nəfəri çıxmaq şərtilə digərləri hələ də həbsdədirlər. Əlbəttə ki, heç kimi mitinqdə iştirakına görə həbs edə bilməzlər. Yəni, məhkəmədə nəsə uydurub deməlidirlər. Elə də oldu.

Siyasi fəaliyyətinə və ya sadəcə mitinqdə iştirakına görə həbs olunanların məhkəmələri ötən ilin yay aylarına təsadüf edirdi. Həftənin 3-4 günü səhərdən axşamacan məhkəmdə olurdum. Hamısını dinləyirdim. Əslində, çox güməli və maraqlı idi. Yalnızca bu məhkəmələrdə iştirak etmək hazırkı hakimiyyətin mahiyyətini anlamağa bəs edirdi.

Sözdə zərər çəkənlər, şahidlər dindirilirdi məhkəmə proseslərində. Guya, ən çox zərər çəkən Transqeyt şirkətinin avtobusları olub. Guya mitinqə görə uzun müddətli tıxaclar yaranıb, avtobuslar hərəkət edə biləyib və həmin gün pul qazanmayıblar. Və bu tipli başqa gülməli yalanlar.
O qədər təzadllı olurdu ki, zərərçəkmişlərin danışdığı, şahidlərin danışdığı və əslində olan şeylər.
Məsələn deyirdilər ki, 50-60 nəfər çıxıb mitinqə. Müxalifət yoxdur, azdır, xalq dəstəklərmir, mitinqləri iflasa uğrayıb. Bir tərəfdən də mitinqdə həmin o 50-60 nəfərin onlarla avtobuslara, mağazalara, səyyar satıcılara, sadə vətəndaşlara, polislərə zərər vurmağından danışır, onları mühakimə edirdilər.

İndi vəziyyət dəyişib. İctimai Palata İcra Hakimiyyəti ilə razılaşır və Bibiheybətdə mitinq keçirir. Zənnimcə, bu çox ağıllı, yaxşı düşünülmüş və gələcəyə yönəlik bir addımdır.

Mitinqlər razılaşdırılır, təbliğat gedir. İnsanların marağı var, gəlirlər, maraqlanırlar, izləyirlər, danışırlar və s. Amma sözüm onda deyil.

Hakimiyyət bu dəfə nə edir mitinqin zəif keçməsi üçün. İnternetdə az da olsa əks təbliğat aparır amma bu heç 1 faiz də təsir etmir mitinqə. Çünki, əks təbliğat o qədər bayağı olur ki, sadəcə gülüş obyektinə çevrilməklə qalır. Əsas isə mitinq günü əllərindən gələni əsirgəmirlər.

Sərnişin avtobuslarının işləməyinə mane olur, onları qarajlara yollayırlar. Sürücülərə təzyiq göstərirlər.

İndi maraqlısı ondadır ki, 2 apreldə “yolları bağlayıb avtobus sürücülərinə zərər veriblər” adı ilə həbs olunanlar 1 ildir boşuna “yatırlar” ? 

“Sahib ol”

ImageDünya tarixinə nəzər salsaq görərik ki, bu gün həsədlə baxdığımız, insanlara qayğısı ilə göz oxşayan dövlətlər hansısa çətin yollardan keçərək bu günlərə gəlib çıxıblar və yerlərində də saymırlar. İnkişaflarına heç nə, heç kəs əngəl olmur, ola bilmir. İnsanlar insan kimi yaşayırlar. 

Azərbaycanın yaşadığı bu iyirmi illik əzab əslində bir faciə deyil. Heç vaxt düzəlməyəcək, məhv olmayacaq bir sistem, bəla deyil. Anlamaq lazımdır ki, heç bir xalq, heç bir insan belə yaşamağa laiq deyil!
Amma bütün bunlar o demək deyil ki, hansısa bir möcüzə ilə Azərbaycan bir neçə il sonra dönüb İsveç, Norveç, Hollandiya, Gürcüstan, uzaq başı Türkiyə kimi olacaq.
Ölkələrdəki dəyişiklikləri insanlar edirlər. O insanlar ki, kralların, diktatorların köləsi deyil, pul qarşılığında düşüncələrini dəyişməyiblər. O insanlar dəyişiklik edə bilərlər ki, onları heç nə dəyişdirə bilmir. Pul, çətinlik, məhrumiyyət, fiziki və mənəvi əzab. Yox, bu gün Azərbaycanda mübarizə aparmaq üçün fiziki və mənəvi  əzab çəkməyinizə ehtiyac yoxdur. Çünki, bircə addım qalıb ki, ölkədə hakimiyyət dəyişikliyi olsun. Bunun üçün döyülməyə, söyülməyə, nələrdənsə imtina edib, məhrumiyyətlərə dözmək lazım deyil.
Nə lazımdır? İctimai Palatanın razılaşdırılmış mitinqlərinə qoşulmaq, daha çox insanı bu mitinqlərdən agah etmək, onları da mitinqə cəlb etmək.
Üstümüzə düşən vəzifə Azərbaycana sahib olmaqdır! Neftimizə, qazımıza, əsgərimizə, əməyimizə, insanlığımıza, günümüzə və gələcəyimizə sahib olmaqdır!
Bu dəqiqə üçün qarşımızdakı edəcəyimiz bir şey var. 22 aprel mitinqinə gəlmək, insanları çağırmaq, cəsarətli olmaq! Uzun illərdən sonra nəyəsə sahib olmaq! Ən azından azad söz deyəcəyin bir neçə saata.

Partiyaya niyə qoşuldum?

Ötən ilin bu günlərində rəsmi şəkildə üzv oldum Azərbaycan Xalq Cəbhəsinə. O qədər həyəcanlı idim ki, vəsiqəmi alanda. Bu elə bir xoşbəxtlik

idi ki, illərdir gözlədiyim an gəlmişdi. Rəsmən üzv olmuşdum partiyama. Bu bir partiyaya bağlılıq deyil. Bu insana olan sevginin təcəssümü idi mənim üçün. Elçibəyə, ideologiyasına, insanlığına, səmimiyyətinə bir təşəkkür idi, bir borc idi bəlkə, bir vəzifə idi onun yolundan getmək. Uzaqda olan yola doğru yol almaq. Xatırlayıram,uşaqlığımda çox qəzəbli, həm də qərəzli idim. Müxalifət iqtidar demədən televiziyada gördüyüm hamıya nifrət edirdim. Elçibəydən və atamın “bu kişi yaxşı kişidir” dediyi adamlardan başqa hamıya nifrət edirdim. Böyüdükcə qərəzimin yersiz, qəzəbimin isə az olduğunu, yəni bilmədiyim çox şeyin olduğunu öyrəndim. Bilib susmaq, görüb göz yummaq, eşidib danışmamaq mənlik deyildi. Bunu universitet həyatıma başlayandan 3 ay sonra anladım. Proseslərdəki insanlarla tanış oldum. Partiyamın tədbirlərinə qatıldım. Həbslər başlayan kimi üzv olmağın vaxtının yetişdiyini hiss etdim.Partiyaya üzv olmaq nəyə lazım idi? Düzdür, mənim məsələm ayrı idi. Mən cəbhəçi kimi doğulmuşdum. Mübarizə aparan insanın partiyaya, təşkilata qoşulmasının vacib olduğunu görürəm. Sistemli, ardıcıl, məsuliyyətli mübarizə aparmaq üçün. Partiya, partiya yoldaşları insanı ümidsizliyə qapılmağa, tənbəllik etməyə imkan vermir.

 

17 mart – xalq nə deyir?

İnsan dediyin canlının yaşaması üçün ən vacib şeylərdən biri də ümiddir. Ümid dediyin şeyi isə hər adam asanlıqla tapa bilmir. Bizim kimi insanlar hər şeydən bir ümid düzəldib özlərini xoşbəxt etməyi bacarmalıdırlar. Amma məndə bu öz özünə alınır.
Bu gün evə gələrkən məhlədəki dükanlardan birində işləyən, köhnə tanış oğlanın yanından keçərkən salam verdim. Saxladı məni. “Dedi ki, allah qoysa nə vaxt olacaq.” Cümlənin davamanı gətirməmiş elə bildim ki, qardaşımın toyunu soruşur. Davam etdi ki, “Allah qoysa bir də nə vaxt olacaq gənclərin mitinqi ? Keçən dəfəki mitinqdə gördüm səni. Mən də idmançı uşaqları yığıb gəlmişdim” Açığı şoka düşdüm. Nə deyəcəyimi bilmədim. O insanın nə vaxtsa mitinqə gələcəyini, bundan hardansa xəbər tutacağənı sanmırdım. Çox axmağam, bu proseslərdə ola ola bəzi şeyləri görmürəm. Oğlan mənə dedi ki, “O mitinqdə aranı qatdılar amma xeyri yoxdur, xalq artıq qalxır”
O insan bilmir əslində nə etdiyini, mənimlə ayaq üstü 1 dəqiqə danışmağının mənə nə qədər güc verdiyinin fərqində belə deyildi.
Mitinqiniz alınmayıb deyənlərin nəzərinə, mənim qonşum məndən xəbərsiz ora gəlibsə siz artıq bitmisiniz. Olmuş bir hadisəni inkar mərhələsindəsiniz sadəcə.

Balaca diktaturadan böyük demokratiyaya

Bu balaca beynimlə düşünürəm hər gün. Hər kəsin düşündüyü özünə görə düz olur əlbət. Bu dəfə yazmaq istəyirəm bizim balaca diktatorumuzun xırda para əməllərindən. Zaman tunelində kiçik bir səyahət edib ötən ilin bu aylarına, günlərinə qayıtsaz görərsiz ki, eyni oyunlar oynanır hakimiyyət tərəfindən. Bəri başdan onu deyim ki, məntiqə uyğun olaraq əgər ötən il oynadıqları oyunlarda, gözdən salma, özünü gözə soxma “əməliyyatlar”ında uğurlu olsaydılar bu il əziyyət çəkməyə məcbur qalmazdılar. Demək ki, nəticə yoxdur.Hansı nəticə ola bilər, axı? Ötən il dünyada demokratiya qasırğası diktatorları bir – bir ağuşuna alıb aparanda bizimkisi küləklər şəhərinin küləyinə öyrəncəli olduğu üçün bir az dirəşə bildi. Amma ucuz oyunlarından, baş sığallamalarından, baş aldatmalarından, gizli kameralarından istifadə etməyə də gərək duydular. Hər dəfə bu balaca beynimlə düşünürəm ki, nə olur olsun, necə olur olsun diktatura məhv olmağa məcburdur. Diktatura, avtoritarzm elə bir zaddır ki, elədiyi hər şey , atdığı hər addım, aldığı hər nəfəs özünə qarşıdır. Diktatura ilə mübarizə aparmaq asan gəlir mənə. Ola bilər ki, qələbə qazanmaq bir az vaxt alsın amma asanı da ondadır ki, hakimiyyət nə edirsə özünə qarşı edir.Məsələn, bir jurnalisti öldürməyi də onun məhvinə gətirib çıxara bilir, öldürməməyi də. Öldürsə ya xalq ayağa qalxır, ya xalqın bir kəsimi (örnək olaraq bütün jurnalistlər ola bilər), ya da dünyada demokratiya aşiqləri həmin balaca diktatora barmaq sallamağa başlayırlar. Öldürməsə həmin jurnalist onun bütün çirkin əməllərini xalqa çatdırmağa davam edir. Ötən il “yumurta müşavirəsi” keçirildi. Düzdür xalqın başını bu qədər balaca bir şeylə aldatmaq mümkün deyildi. Amma demokratik bir ölkədə bahalaşma olsaydı və prezident xalqın başını qatmaq üçün yumurtanın qiymətini aşağı salsaydı (ki, zənnimcə, prezident deyilən insanın vəzifəsi bu deyil) həmin o ucuz yumurtaları prezidentin başında sındırardılar. Bu Azərbaycanda qeyri-mümküdür. Nəzərə alın ki, prezidentin 5 dəqiqə ərzində şütüyəcəyi yolu 5 saat öncədən nəzarətə götürüb əsgərləri və polisləri yola düzürlər. Mətləbdən uzaqlaşmayaq, ötən il həm də korrupsiya ilə mübarizəyə də başladılar. Mən bilən İlham Əliyevin tək mübarizəsi turnikdə sallanmaqda birinci olmaqdır amma görünür arada başqa əyləncələrə də ehtiyac duyur. Korrupsiya ilə mübarizədə bilirsiniz nə edirdilər? Məsələn, bir xadiməyə kimsə 2 manat verirdisə xadimə deyirdi : “mən bu pulu götürə bilmərəm. Ölkədə korrupsiya ilə mübarizə gedir.” Bu mübarizədən tez yorulan prezidentimiz keçdi şəhər mərkəzində yaşayan insanlarla mübarizə aparmağa. Ayağını yerə dirədi ki, hamınız burdan getməlisiniz! Bura mənim üçrəngli bayrağımın, (Əliyevlərin düşüncəsinə görə o rənglər belə düzülür: yaşıl, qırmızı, göy) qış bulvarımın, ya da Eurovisionumun (çünki, yapçıların düşüncəsi belədir böyük ehtimalla: “bizim Eurovision qələbəmiz möhtərəm prezidentimizin uğurlu daxili və xarici siyasətinin bariz nümunəsidir”)ərazisidir. Elə də oldu. Əlini hara uzatdısa söküb tökdülər insanların başına. Bir balaca narahatçılıq oldu, heç zad. Bu il nə baş verdi bəs ? Bu il sovet dövründən banklarda qalan əmanətləri qaytarmağa qərar vedilər. Necə oldu, nə baş verdi ki, belə bir qərar verildi müəmmalıdır desək düz olmaz. Oturduğu yerin istiləndiyini görüb yeni bir baş aldatmaq yolu tapdı. Amma elə diktaturaya xas olan acgözlüyün nəticəsi olaraq həmin gün də fiaskoya uğradı addımı. Çünki, qaytarmalı olduqları pulun yalnız , təqribən 6-da 1-ini verəcəyini dedi. Elə ilk gündən internet aləmində hamı lənət oxumağa başladı.Sözü çox uzatdım, bir nəticəyə gələk. Deyəcəyim odur ki, əzizlərim diktatura elə bir bataqlıqdır ki, ordan çıxmaq mümkün deyil. Diktator irəli də, geri də addım atsa batacaq. Yəni, diktator olmaq da bir balaca çətin məsələdir. Sonda deyim ki, bu balaca ürəyimlə inanıram ki, balaca diktaturadan qurtulub böyük demokratiya qurmağımıza az qalıb!

“Səs” nə deyir ?

Səhər gözümü “Səs “ qəzetində bizimlə bağlı, adımın da çəkildiyi xəbərin xəbəri ilə açdım.İ.Əliyev adlı “jurnalist” bizim polisin başına it oyunu açmağımızdan, xarici donorların cibindən əlimizi bir anlığa çəkib gəncliyə daş atmağımızdan yazıb. ImageImageÖtən il Cabbar Savalanlı və ardınca 2 aprel mitinqində həbs olunanları o qədər axmaqcasına şərləmişdilər ki, öz gənc irəliçilərini də inandıra bilməzdilər bu şərləmələrlə.  İ.Əliyev yazısında bildirir ki, “Alınan və təsdiq olunan məlumatlara görə, martın 6-da “Elmlər Akademiyası” metrostansiyası yaxınlığındakı parkda bir qrup gəncin icazəsiz aksiya keçirməsinə Yerevandan olan gənclər də sosial şəbəkə vasitəsilə dəstək veriblər. Bunu sonradan AXCP (i) Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və Müsavat Gənclər Təşkalatının sədr müavini Səxavət Soltanlı da təsdiqləyib. “Nida Vətəndaş Hərəkatı”nın üzvü Üzeyir Məmmədli isə bildirib ki, martın 2-də “Dalğa” gənclər hərəkatının AXCP (i)-dən olan üzvlərinin poçtlarına “Fransadan olan erməni gəncləri sizinlədir” formasında məktublar ünvanlanıb.”

1. 6 mart piketini AXCP təkbaşına edib. 2. Səxavət Soltanlının bu piketlə əlaqsi yoxdur. 3. Üzeyir Məmmədlinin bu piketlə əlaqəsi yoxdur. 4. AXCP Gənclər Təşkilatı yox, Gənclər Komitəsi. 5. Dalğa Gənclər Hərəkatının AXCP-dən olan üzvləri – ümumiyyətlə bu nə deməkdir ? 6. Deyək ki, Dalğaçılara gəlib belə məktub Üzeyirin bu işə nə dəxli var? 7. Niyə məhz Fransadan olan erməni gəncləri?
Davamı var hələ, tələsməyin. Yazının müəllifi İ.Əliyev bildirir ki, İsa Qəmbərin göstərişi ilə AXCP üzvləri aksiya ediblər, polislərə hücum ediblər.
Qeyd edilib ki, Əli Kərimlinin yaxın qohumları Saqif Qurbanov və Toğrul İbrahimov metroya daxil olub ajiotaj yaratmaq istəyiblər.
1. Niyə AXCP üzvləri Müsavat başqanı İsa Qəmbərin göstərişi ilə aksiya etsinlər?
2. Toğrul İbrahimov yox İbrahim ( şəxsiyyət vəsiqəsində də belədir)
3. Yəqin bu iki nəfər İ.Əliyev sayəsində Əli bəyin yaxın qohumu olduğunu öyrəniblər.
4. Piket Azərbaycan Elmlər Akademiyasının binasının qarşısında olub. Metroya xeyli uzaq məsafədə. Və piket başlayan kimi adı çəkilənlər həbs olunublar.
Yazıda həm də qeyd olunub ki, bu gənclər Azərbaycanın 20 faiz torpaqlarını işğaq edən Serj Sarkisyanın gəncləri ilə əməkdaşlıq edir. Deyək ki, bu xəbər düzdür. Heç olmasa biz əməkdaşlıq edirik. Prezidentiniz isə gedib Serjlə xizək sürmək istəyir. Ağız ağıza verib öpüşür.
“Səs” qəzetinin 10 martda saytına yerləşdirdiyi 10-15 xəbərdən 5 dənəsi müxalifətə həsr olunub. Olmayan və ya zəif müxalifəti qaralamaq üçün əllərindən gələn gəlməyən hər şeyi edirlər. Nəticəsi nədir bəs?
Həmin yazılara cəmi 80-150 dəfə baxılıb. Onun da ən az yarısı elə müxalifətçilər özüdür yəqin. Oxuyub gülməyə bundan yaxşı vasitə?
Saytda iki xəbər gördüm. “Əli Kərimov haqqında əsl həqiqətlər” və “Əli Kərimli nədən narahatdır”. Məncə, artıq bir qərar verməlidirlər. Kərimli yoxsa Kərimov deməkləri ilə bağlı.
Qəzetdə AXCP sədr müavini Nurəddin Məmmədlinin adından Əhməd Orucla deyişmə də yer alıb. Yalan xəbərin bu qədərini ancaq belə analoqsuz ölkələrdə görmək olar.
Xəbərlərdən biri də diqqətimi çəkdi. Yap gənclər birliyinin Nərimanov rayon təşkilatı ilə görüşündən yazılıb. Rayon təşkilatının sədri Təhmiraz Tağıyevin bu sözlərinə fikir verin : “Son vaxtlar müxalifət partiyalarının nəzarətində olan və xüsusilə də, ölkədən kənardakı qruplarla əlaqəsi olan bir qrup gəncin sosial şəbəkələrdən istifadə edərək, müəyyən çağırışlar edir, təxribatçı ideyalar ortaya atır. Lakin birmənalı şəkildə qeyd etmək istəyirəm ki, Azərbaycan gəncləri bu ideyaları dəstəkləmirlər.”
Azərbaycan gəncliyinin adından çıxış edir Tağıyev.
Sonda bir şeyi də qeyd edim. Sırf Əli Kərimlini, İsa Qəmbəri pisləmək üçün Elçibəyi müdafiəyə keçib “Səs” qəzeti. Adamda bir abır həya olar da. 

İlham Əliyevə “lazım” lazımdırmı?

İlham Əliyevin illərdir dilindən düşməyən “lazım gəlsə” ifadəsini  hamımız eşitmişik. Nəinki İlham Əliyev hətta vətənşüvənlər də bundan çox istifadə edirlər. Lazım gəlsəymiş əgər biz Qarabağı alarıq, cıdır düzünə  bayrağımızı sancar və hətta orda bir toy da çaldırarıq.

Belə bir sual çıxır ortaya ki, “lazım” niyə gəlmir, kimi, nəyi gözləyir? 20 ildən çoxdur Qarabağın düzlərində ərmənilər və ruslar at oynadırlar, yeraltı, yerüstü sərvətlərini çapıb talayırlar. Bundan artıq nə lazımdır günü gündən “güclənən” ordumuzla torpaqlarımızı geri qaytarmağa?
Lazımdır İlhama ? Yox! Gözəl bir el deyimi yadıma düşür bu yerdə. İlham kişi ağrımayan başına niyə yaylıq bağlasın?
18 ildən çoxdur sakit – sakit özü də çapıb talayır Azərbaycanı. Çox da lazımdır ona Qarabağ? Nefti, qazı əlinin altında, qulu, köləsi milyonlarla. Ağzını açanın ya başından vurur, ya dama basır, ya da cibinə pul.
Özü 80 faizini taladığı bir ölkənin 20 faizi qurban olsun ərməniyə.
Hərdən Əliyevin bu çıxışlarına baxanda düşünürəm ki, indi öz ürəyində bizə necə də gülür. Hamımıza! “Axmaqlar, Qarabağ filan gözləyirlər məndən” deyə düşünür.
Acından öləndən sonra ya Qarabağ, ya Qaradağ nə fərqi var? 20 ildir hər tərəfli qara daş basmamışıqmı bağrımıza. Nə Qarabağ bizimdir, nə qara qızıl. Əllərindən gəlsə qaratoyuğumuzu da əlimizdən alarlar.
Bu ölkə sərhədləri daxilində nə varsa ya rus və ərməninindi , ya da soyu, kökü bilinməyən 3-5 nəfərin.