Partiyaya niyə qoşuldum?

Ötən ilin bu günlərində rəsmi şəkildə üzv oldum Azərbaycan Xalq Cəbhəsinə. O qədər həyəcanlı idim ki, vəsiqəmi alanda. Bu elə bir xoşbəxtlik

idi ki, illərdir gözlədiyim an gəlmişdi. Rəsmən üzv olmuşdum partiyama. Bu bir partiyaya bağlılıq deyil. Bu insana olan sevginin təcəssümü idi mənim üçün. Elçibəyə, ideologiyasına, insanlığına, səmimiyyətinə bir təşəkkür idi, bir borc idi bəlkə, bir vəzifə idi onun yolundan getmək. Uzaqda olan yola doğru yol almaq. Xatırlayıram,uşaqlığımda çox qəzəbli, həm də qərəzli idim. Müxalifət iqtidar demədən televiziyada gördüyüm hamıya nifrət edirdim. Elçibəydən və atamın “bu kişi yaxşı kişidir” dediyi adamlardan başqa hamıya nifrət edirdim. Böyüdükcə qərəzimin yersiz, qəzəbimin isə az olduğunu, yəni bilmədiyim çox şeyin olduğunu öyrəndim. Bilib susmaq, görüb göz yummaq, eşidib danışmamaq mənlik deyildi. Bunu universitet həyatıma başlayandan 3 ay sonra anladım. Proseslərdəki insanlarla tanış oldum. Partiyamın tədbirlərinə qatıldım. Həbslər başlayan kimi üzv olmağın vaxtının yetişdiyini hiss etdim.Partiyaya üzv olmaq nəyə lazım idi? Düzdür, mənim məsələm ayrı idi. Mən cəbhəçi kimi doğulmuşdum. Mübarizə aparan insanın partiyaya, təşkilata qoşulmasının vacib olduğunu görürəm. Sistemli, ardıcıl, məsuliyyətli mübarizə aparmaq üçün. Partiya, partiya yoldaşları insanı ümidsizliyə qapılmağa, tənbəllik etməyə imkan vermir.

 

Yorum bırakın