Balaca diktaturadan böyük demokratiyaya

Bu balaca beynimlə düşünürəm hər gün. Hər kəsin düşündüyü özünə görə düz olur əlbət. Bu dəfə yazmaq istəyirəm bizim balaca diktatorumuzun xırda para əməllərindən. Zaman tunelində kiçik bir səyahət edib ötən ilin bu aylarına, günlərinə qayıtsaz görərsiz ki, eyni oyunlar oynanır hakimiyyət tərəfindən. Bəri başdan onu deyim ki, məntiqə uyğun olaraq əgər ötən il oynadıqları oyunlarda, gözdən salma, özünü gözə soxma “əməliyyatlar”ında uğurlu olsaydılar bu il əziyyət çəkməyə məcbur qalmazdılar. Demək ki, nəticə yoxdur.Hansı nəticə ola bilər, axı? Ötən il dünyada demokratiya qasırğası diktatorları bir – bir ağuşuna alıb aparanda bizimkisi küləklər şəhərinin küləyinə öyrəncəli olduğu üçün bir az dirəşə bildi. Amma ucuz oyunlarından, baş sığallamalarından, baş aldatmalarından, gizli kameralarından istifadə etməyə də gərək duydular. Hər dəfə bu balaca beynimlə düşünürəm ki, nə olur olsun, necə olur olsun diktatura məhv olmağa məcburdur. Diktatura, avtoritarzm elə bir zaddır ki, elədiyi hər şey , atdığı hər addım, aldığı hər nəfəs özünə qarşıdır. Diktatura ilə mübarizə aparmaq asan gəlir mənə. Ola bilər ki, qələbə qazanmaq bir az vaxt alsın amma asanı da ondadır ki, hakimiyyət nə edirsə özünə qarşı edir.Məsələn, bir jurnalisti öldürməyi də onun məhvinə gətirib çıxara bilir, öldürməməyi də. Öldürsə ya xalq ayağa qalxır, ya xalqın bir kəsimi (örnək olaraq bütün jurnalistlər ola bilər), ya da dünyada demokratiya aşiqləri həmin balaca diktatora barmaq sallamağa başlayırlar. Öldürməsə həmin jurnalist onun bütün çirkin əməllərini xalqa çatdırmağa davam edir. Ötən il “yumurta müşavirəsi” keçirildi. Düzdür xalqın başını bu qədər balaca bir şeylə aldatmaq mümkün deyildi. Amma demokratik bir ölkədə bahalaşma olsaydı və prezident xalqın başını qatmaq üçün yumurtanın qiymətini aşağı salsaydı (ki, zənnimcə, prezident deyilən insanın vəzifəsi bu deyil) həmin o ucuz yumurtaları prezidentin başında sındırardılar. Bu Azərbaycanda qeyri-mümküdür. Nəzərə alın ki, prezidentin 5 dəqiqə ərzində şütüyəcəyi yolu 5 saat öncədən nəzarətə götürüb əsgərləri və polisləri yola düzürlər. Mətləbdən uzaqlaşmayaq, ötən il həm də korrupsiya ilə mübarizəyə də başladılar. Mən bilən İlham Əliyevin tək mübarizəsi turnikdə sallanmaqda birinci olmaqdır amma görünür arada başqa əyləncələrə də ehtiyac duyur. Korrupsiya ilə mübarizədə bilirsiniz nə edirdilər? Məsələn, bir xadiməyə kimsə 2 manat verirdisə xadimə deyirdi : “mən bu pulu götürə bilmərəm. Ölkədə korrupsiya ilə mübarizə gedir.” Bu mübarizədən tez yorulan prezidentimiz keçdi şəhər mərkəzində yaşayan insanlarla mübarizə aparmağa. Ayağını yerə dirədi ki, hamınız burdan getməlisiniz! Bura mənim üçrəngli bayrağımın, (Əliyevlərin düşüncəsinə görə o rənglər belə düzülür: yaşıl, qırmızı, göy) qış bulvarımın, ya da Eurovisionumun (çünki, yapçıların düşüncəsi belədir böyük ehtimalla: “bizim Eurovision qələbəmiz möhtərəm prezidentimizin uğurlu daxili və xarici siyasətinin bariz nümunəsidir”)ərazisidir. Elə də oldu. Əlini hara uzatdısa söküb tökdülər insanların başına. Bir balaca narahatçılıq oldu, heç zad. Bu il nə baş verdi bəs ? Bu il sovet dövründən banklarda qalan əmanətləri qaytarmağa qərar vedilər. Necə oldu, nə baş verdi ki, belə bir qərar verildi müəmmalıdır desək düz olmaz. Oturduğu yerin istiləndiyini görüb yeni bir baş aldatmaq yolu tapdı. Amma elə diktaturaya xas olan acgözlüyün nəticəsi olaraq həmin gün də fiaskoya uğradı addımı. Çünki, qaytarmalı olduqları pulun yalnız , təqribən 6-da 1-ini verəcəyini dedi. Elə ilk gündən internet aləmində hamı lənət oxumağa başladı.Sözü çox uzatdım, bir nəticəyə gələk. Deyəcəyim odur ki, əzizlərim diktatura elə bir bataqlıqdır ki, ordan çıxmaq mümkün deyil. Diktator irəli də, geri də addım atsa batacaq. Yəni, diktator olmaq da bir balaca çətin məsələdir. Sonda deyim ki, bu balaca ürəyimlə inanıram ki, balaca diktaturadan qurtulub böyük demokratiya qurmağımıza az qalıb!

Reklamlar

Balaca diktaturadan böyük demokratiyaya” üzerine bir düşünce

  1. DEMOKRATIYA NAMINE HERKESE GORDUYU ISHDE UGURLAR ARZULAYIRAM!!!BEYIM XANIM,SIZE ISE BU ISHDE XUSUSI MINNETDARLIQ DUSHUR).EN BOYU MISIYALARDAN BIRIYLEMESHGULOLURSUZ,YATMISHLARI OYATMAG …

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s