Azərbaycanlı “Akakilər”

“Cəhənnəm iztirabları” hekayələr toplusu Qoqolun “Şinel” hekayəsi ilə başlayır. Qoqol bu hekayə ilə Rusiya imperiyası insanlarının necə səfalət içində yaşadıqlarını açıq aşkar göstərə bilib. 
Akaki Akakiyeviç haqqında qısaca bildirim ki, hansısa bir departamentdə “titulyarnı sovetnik” vəzifəsində çalışır. İşi yalnızca əl yazmaların üzünü köçürməkdən ibarətdir. Hekayənin qəhrəmanı Akakinin şineli köhnəlir. Yeni bir şinel tikdirməkdən başqa çarəsi qalmır. Şinelini növbəti dəfə yamatmağa aparanda dərzi şinelin artıq düzəlməyəcəni, yeni birini tikdirməli olduğunu deyir. Akakinin sanki başından qaynar su tökürlər. Evinə qayıdır. İllərdir gümüş qəpiklərlə yıdığı 40 manatı çıxardır. Yeni bir şinel üçün bu pul bəs etməyəcəkdi və o zaman düşünür ki, bəzi şeylərə diqqət etməli olacaq. “Axşamlar çay içməkdən əl çəksin, gecələr şam yandırmasın, lazım gələrsə ev sahibəsinin otağında işini görsün, küçə ilə gedərkən ayağını daşlara mümkün qədər yavaşca, ehtiyatla qoyub, pəncələri üstündə yeriyən kimi yerisin ki, beləliklə ayaqqabılarının altını vaxtından əvvəl dağıtmasın. Alt paltarlarını yumağa mümkün qədər gec-gec versin, alt paltarı dağılmamaq üçün xalatında gəzsin, bu xalat da çox qədim şey idi, hətta zamanın özü ona hörmət eləyib, ömrünü bir qədər uzatmışdır. Akaki yavaş yavaş ac qalmağa da öyrəşirdi.”
Bəli, bu bir hekayədən çox insana acı həqiqətləri çatdıran bir yazıdır. İllər keçib, Azərbaycan 22 ildir ki, müstəqildir. Sərvəti başından aşıb daşan ölkədə milyonlarla akaki mövcuddur. Bir ayı o biri aya calamağa çalışan, yeni ayaqqabı almaq üçün digərinin məhv olmasını gözləyən insanlar. Yarı ac, yarı tox. Və digər tərəfdə milyardların içində üzən, aclığın nə olduğunu bilməyən, insanlıqdan çıxmış, insanları, insanlığı unudan insanlar var. Bir şəraba minlərlə manat xərcləyənlər. Xərcləsinlər. Özləri qazansınlar, alın təri ilə, əməklə. Nefti xortum vasitəsilə içməklə, qazı, qızılı nə var nə yox hamısını yeməklə, dağıtmaqla, xaricə daşımaqla bu hakimiyyət milyonlarla akakilər yaradıb. Bəli, bir neçə il sonra Azərbaycanda bircə şinel tikdirmək üçün, az yeməyə, pəncələrimizin üstündə gəzməyə məcbur olacağıq. 

Səyahət

Ötən yay Avropaya getdim. Gürcüstandan başqa bir yerə getməyən biri üçün bu səyahət çox böyük, möhtəşəm bir şey idi. Hər mənada azadlığımın pik nöqtəsi idi. “Biz insan öz içində azad olmalıdır”ı nə qədər bağırsaq da bu belə deyilmiş. Ölkə demokratik, ətraf azad düşüncəli olmayandan sonra palaza bürünüb ellə sürünməli olursan. Hərəkətlərinə fikir verməli, yediyinə içdiyinə, dediyinə güldüyünə senzura qoymalı olursan. Yoxsa qınaq obyektinə, “əxlaqsız” insana çevilmiş olursan. Bunlar öz yerində insan gəzdikcə gəzmək, gördükcə görmək istəyir. Necə deyərlər min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Hər dəfə təyyarəyə minəndə jurnallardakı xəritəyə baxmağa başladım. “Bura, bura, bura da gedəcəm!” dedim öz özümə. Bəli, ən çox istəyidim şeylərdən birinə çevrildi səyahət etmək!
Heç düşündükmü “o boyda” “Eurovision”da niyə Azərbaycana turstdən çox jurnalist gəlmişdi?
Çünki, Azərbaycan gəzməli yer yox, jurnalistlər üçün məlumat, macəra mənbəyidir. Döyülən etirazçı tursit üçün yox, jurnalist üçün maraqlıdır çünki. 
Yenə də getmək istəyirəm insanların azadlıqdan “ölmək” dərəcəsinə çatdığı yerlərə. Avropa təfəkkürünə yiyələnmək, bir çanta dolusu Azərbaycana gətirmək istəyirəm. Avropalı, azad düşüncəli, özgürcə doğulub, özgürcə böyüyən insanlardan nəsə öyrənmək, savadsızlığın, cahilliyin, mentalitet “zırvalığı”nın içində boğulan xalqıma çatdırmaq istəyirəm. Səyahət etmək istəyirəm, sonra geri gəlmək Azərbaycanı səyahət edilə biləcək bir yerə çevirmək istəyirəm.

Şəhriyarın “Heydərbabaya salam” poemasına “yapoloji” nəzirə

    • Heydər baba, seçki gəlib çıxanda,
      Dollar, manat selə dönüb axanda,
      YAPalaqlar debatlara çıxanda
      Bizi də bir o dünyada yad elə,
      Bir araq al, Yeltsinə ver, şad elə
      Heydər baba, YAP əlini yağlasın,
      Klan gülsün, müxalifət ağlasın,
      Ramiz saysın, 500 mini bağlasın,
      Banka qoysun, qoy köçürsün o yana,
      Bəlkə antikorrupsiya dayana.
      Heydər baba, yolum səndən kəc oldu
      Mən razborşik, Elşad məndən bic oldu,
      Heç bilmirəm 2 milyon necoldu,
      İqtidarda səndən sonra dönüm var,
      Təzyiqlər var, itkilər var, ölüm var.
      Seçki olcaq mandatları satardıq.
      Loxlara biz milyon-milyon atardıq,
      Gəzib-tozub, yeyib-içib yatardıq
      Ay nə gözəl seçkidə pul “nallamaq”,
      Verməyəni üç hərfədək yollamaq.
      Heydər baba, bülletenin qutusu,
      Bir dəfəyə iyirmisi, otuzu,
      Yasamalın razborkası, lotusu,
      Məni görən hamı başın əyərdi,
      “Qaynana”ya: “Buyur, buyur” deyərdi.
      Heydər baba, Zakir məni damlayır,
      Suçu Oqtay hey çağırıb danlayır,
      Xoruz baba, YAP tərəfdən banlayır,
      Cənnətimiz cəhənnəm olmaqdadır,
      Zilhiccəmiz Məhərrəm olmaqdadır..

      Müəllif: Anonim

Kenar

Mitinqə çıxanları bəyənməyənlər

Heç  də bəzilərinin düşündüyü kimi Azərbaycan gəncliyinin hamısı manqurtlaşmayıb. Minlərlə gənc var ki, onlar universitetdə yaxşı təhsil ala bilməsələr də özlərini yetişdirə biliblər, normal geyinirlər, səviyyəli mahnılara qulaq asırlar, yaxşı filmlər izləyirlər, ədəbiyyat oxuyurlar. Amma onlar da özlərini hakimiyyətin caynaqlarından qurtara bilməyiblər. Düşüncələrinin bir hissəsini Əliyevlərin uzaqgörən (ciddi) siyasətinin əsirinə çevrilib. Bu gənclər mitinqdə iştirak edənlərə pis baxırlar. Gülürlər, lağ obyektinə çevirirlər. Mitinqdən olan videoları, fotoları sosial şəbəkələrdə yayıb üstündə də “bu nədi 5-10 nəfər çıxmısız da” və s. bu tip cümlələr yazırlar. Bəs niyə onlar mitinqin kütləvi olmamasının səbəbini özlərində yox mitinqə çıxanlarda axtarırlar? Həmin insanlar və onlar kimi minlərləsi internetdən, qəzetdən, öz ətrafından eşidib ki, filan gün filan şeyə görə aksiya olacaq. Aksiyanın kütləvi olmasını istəyirlərsə niyə orada iştirak etmirlər. Nə vaxta qədər gözləyəcəklər ki, müxalif partiyaların üzvləri həm təbliğat aparsınlar, həm aksiyaya çıxsınlar, həm həbs olunsunlar. Mən müxalif partiyanın üzvü kimi cavabdehəm ki, siz mitinqə çıxın biz qabaqda gedərik. İlham demişkən lazım gəlsə döyülərik, öldürülərik. Təki siz arxamızca gəlin. Yox! Bu gənclər mitinqə çıxanlara pis baxırlar. Təkcə, gənclər yox təbii ki. Elə hamısı. Yaşlısı da, gənci də, oxumuşu da, savadsızı da, dünyagörümüşü də, cahili də. Cəsarəti olmayan hər kəsin miqinə çıxanlara qarşı bir aqressiyası, yersiz tənqidi, bəzən təhqiri, ironik gülüşü var.
Hakimiyyəti bəyənməyib, etiraz edəni də bəyənməyən insanlar. Necə də axmaq görünürlər. Etirazını dilinə gətirə bilməyənlər sırf maraqdan mitinqlərə gəlib ya əlinə fotoaparat alıb zövqlə döyülənləri çəkirlər, ya da əllərinə semiçka alıb qıraqdan izləyirlər.
Amma baxın başqa ölkələrdə küçəyə çıxıb nəyəsə etiraz edənlərə necə rəğbət var. Image

Mitinqə çıxmaq üçün ən azı bir səbəb

Hələ məktəbli ikən siyasi şeyler danışmağa başlamışdım. Təxminən doqquzuncu sinifdə oxuyanda internet nədir bilmirdim. Maraqlanmırdım. Indi gənclərin, yeniyetmələrin çoxu siyasi şeylərlə maraqlanmasının səbəbi internetdir. Mənim internetdən xəbərim yox idi. Bir dəfə bir qizla parkda gəzə gəzə söhbət edirdik. Söhbətimiz necə gətirdisə mən başladım qıza başa salmağa ki, bu hakimiyyət bizim gələcimizi nəyinsə sökülməməyi üçün ipin ucunu necə yandırırlarsa elə yandırıb. Nə qədər dedim qız anlamadı. İmtahanlarda deyirdim ki, Heydər Əliyevlə bağlı inşa düşsə yazmıyacam. Sinifdə qalsam da ona mədhiyyə yazmaram. Özümü tərifləmək kimi olmasın prinspialliqdan danışıram. Elə universitetə girən, interneti tanıyan kimi facebookda Əli Kərimlinin gənclərlə görüşünü gördüm. ADP-nin qərargahını tapmaq üçün ora bura çox əl atdım. Əl qərəz görüşə getdim. Tv-lərdə və uşaq vaxtı Elçibeyin məzarında gördüyüm Əli Kərimlini dinlədim. Bir-iki ay keçməmiş üzv olmaqcün müraciət etdim. Çox xoşbəxtəm, ona göre ki, istəyimə nail oldum. Mübarizə aparmaq idi istəyim.
Sözümü gətirib bağlayacam əlbəttə ki “Parlement buraxılsın” mitinqinə.
Məşhur çex yazıçı Milan Kundera bir kitabında yazmışdı ki, mən bu dünyada gözəl olan hər şeyi etdim. ….. İnsanlarla birlikdə yumruğumu havaya qaldırdım…
Bizim ölkədə hakimiyyət vəziyyəti bilərək və istəyərək elə hala salıb ki, mitinqə çıxanlara bəzi insanlar yuxarıdan aşağı baxırlar. Halbuki, normal düşüncəyə sahib olanlar haqsızlıqla mübarizə aparanlara qibtə edirlər.
Siz də bugün çıxın, etiraz edin, haqqınızı sonuna qədər tələb edin ki, gələcəkdə siz də Kundera kimi “mən ən gözəl şeyləri etdim” deyə biləsiz.

İlham Əliyevin “Bəlkə biraz yavaşlayaq” çıxışı və mənim təhlilim.

“Yeniliklər, reformalar, islahatlar, yeni necə deyərlər baxışlar. Bunlar bizi qabağa aparır. Bu gün Azərbaycanda iqtisadi saxədə, siyasi saxədə, xarici siyasətlə bağlı elə vəziyyət yaranıb ki, bəzi xallarda mənə deyirlər ki, bəlkə biraz yavaşlayaq. Bəlkə bu qədər sürətlə getmiyək. Çünki bəziləri bu qıcıqlandırır. İndi Bakının gözəlliyi, ondan sonra digər şəhərlərimizin… Dünyada xaos, böhran, toqquşmalar.. Gündə baxırıq xaricdə polis dəyənəklə nümayişçilərə nə qədər əzib döyür, öldürür. Yəni, deyirlər bəzi xallarda ki, bəlkə bir az yavaşlayaq. Çünki çox biz sürətlə gedirik qabağa. Bəlkə də məntiq var burda da. Qıcıqlandırmamalıyıq. Amma mən özümdə fikirləşirəm ki, görün vəziyyət nə yerə gətirib çıxarıb ki, Azərbaycan indi o qədər inkişaf edibdir ki, bizə deyilir ki, siz bir az yavaşlayın çünki sizə çox sürətlə gedəndə başqa ölkələrdə buna qısqanclıqla yanaşırlar. Amma eyni zamanda mən tam əminəm ki, biz biz biri (anlamaq olmur) addım da yavaşlaya bilmərik. Biz irəliyə getməliyik. Çünki xəlini gözləyən məsələlər çoxdu. Dünya dinamik şəkildə inkişaf eliyir və bir ay, bir həftə gözləmək olmaz. Biz xadisələri qabaqlamalıyıq. Xarici siyasətdə, iqtisadi saxədə, texnologiyalar saxəsində…”

Image

ImageImage

Bu İlham Əliyevin dünənki çıxışındandır. Facebook bu çıxışla çalxalandı dünən. Doğurdanda çox gülməli və ikrah doğuran bir çıxışdır. Nacizanə bu çıxışı təhlil etmək istəyirəm. Hər şeydən əvvəl İlham Əliyevin necə bir “natiq” olduğu göz qabağına sərilir. Cümlələri tam qura bilmir. Azərbaycanca danışa bilmir. Fikirlərini tamamlaya bilmir.

Digər məsələ isə çıxışında dedikləri, daha doğrusu deməyə çalışdıqlarıdır. Möhtərəm prezidentimiz utanmasa deyəcəkmiş ki, Azərbaycan işıq sürətilə inkişaf edir. Texnologiya və digər sahələrdə….Yaponiyadan, Çindən, ABŞ-dan və digər ölkələrdən gələn texnologiyadan istifadə etmirikmi? Nə istehsal etmişik indiyə kimi? Hansı elmi araşdırmaları ortaya qoya bilmişik? Bəlkə İlham müəllim inkişaf etmiş texnologiyadan danışanda öz evinə, ailəsinə, ətrafına baxıb belə düşünüb ki, super inkişaf gedir.

Universitetlərə giriş balı 150 olmadımı? Bu bal məktəb qiymətləri ilə uzlaşdıranda heç 2 də etmir. Düşünsənizə əslində heç məktəbi bitirə bilməyən insan universitetə başlayır. Universitetdə ətək ətək pul töküb həm ödəniş verir həm də rüşvət. Məktəbi belə bitirə bilməyən, rüşvətlə diplom satın alan insanlar bu ölkəyə nə inkişaf gətirə bilərlər?
İkincisi, zataliləri deyir: “Bizə deyirlər bəlkə bir az yavaşlayaq” Kim deyir bunu? Doğurdan da maraqlıdır bu qədər axmaq fikri kim deyə bilər. Deyək ki, İlham müəllim haqlıdır. Ölkəmiz işıq surətilə inkişaf edir. Belə olan halda belə “bəlkə biraz yavaşlayaq” demək debillik nümunəsi deyilmi? İnkişaf etmək şar şişirtmək deyil ki, çox şişəndə partlasın.
İlham bəy deyir baxırıq xarici ölkələrdə polislər nümayişçiləri döyüb öldürülər. İndi mənim bura yüzlərlə video görüntü atmağıma, minlərlə foto yerləşdirməyimə ehtiyac varmı? İlham Əliyevə sual edirəm. Mənim gözümün qabağında ən əziz adamıma elektroşok verən sənin qoruyucu polislərin deyildimi? Polis şöbəsində öldürülənlərin olduğunu hər kəs bilmirmi?
Xarici siyasətdən danışaq bir az da. Wikileaks-i xatırlayaq. İlham Əliyevin qonşu və digər ölkələr haqqında danışdıqlarından bəlli olmuşdu ki, əslində Azərbaycanın heç bir ölkə ilə münasibəti yaxşı deyil. Türkiyənin iqtidara yaxın qəzetləri ard arda Əliyevləri vuran yazılar yazmasınımı deyək? İrandan ölkəmizə gələn sərt təpkilərimi? Ölkədaxili siyasət!Bu siyasət birmənalıdır. İlham Əliyevə görə Azərbaycanda təkpartiyalılıq sistemidir. Müəllimlər, tələbələr, həkimlər, məmurlar və digər dövlət işçiləri hamısı siyasətə az da olsa zorla sürüklənir. Bu o sizin bildiyiniz siyasətdən deyil. YAP-ın rəqəmlərini şişirtmək 600 min üzvümüz var deyə bilmək siyasətidir. Müxalifətin olmadığı bil ölkədir Azərbaycan. İlham Əliyevə belə görmək istəyir sadəcə. Özünü aldadır. Çünki zatən heç kim ona inanmır!

“İlin xalqı”

Bildiyiniz kimi 1989-cu ildə Azərbaycan xalqı “İlin xalqı” seçilib. Bir çox xarici jurnallarda bu haqda yazılib. Azərbaycan xalqının SSRİ-yə qarşı əzmli mübarizəsinin nəticələrindən biri idi bu. Xalqımızın gözəl tarixdir. Necə deyərlər tarixə qızıl hərflərlə adımızı yazdıra bilmişdik. Çox keçmədi ki, Heydər Əliyev bu xalqın canına vəba kimi yapışdı. Saydu soğana çevirdi. Doymadı nefti üzünə gözünə sürtdü. Əzrayıl gəlib canını almasaydı hələ də nefti içəcəkdi. İmkanı olsaydı bidonlara yığıb qəbrinə də aparardı neftdən, qızıldan. Gedəndə də elə belə getmədi də. Özündən daha acgöz, qumarbaz oğlunu viras qoydu Azərbaycana. Nəysə bunları bilirsiz onsuzda.
İlham Əliyevin bugünkü çıxışının analoqu yox idi. Buna yüz faiz əmin olun. Danışdıqlarının azərbaycanca tərcüməsi “sizi doluyuruq. Belə zordu.” və s. bu kimi ifadələrdi. İlham Əliyevin bloqumu oxuduğunu bilsəydim ona bir neçə sual ünvanlayardım.

Düşünürəm ki, Azərbaycan xalqı bu il də “İlin xalqı” seçilə bilər. Bu qədər biabırçılıqdan sonra susmaqla  biz buna namizədik. Rüşvətxorluğun belə gözəl ifşasına, parlamentin formalaşması prosesinin aydınlaşmasına, seçkilərin göz görə görə saxtalaşdırılmasına susmaqla ilin ən kor, ən susqun, hətta ən qorxaq xalqı seçilə bilərik.
Rüşvətə bulaşan minlərlə insanı görən gənclər rüşvətin normal, hətta yaxşı bir şey olduğunu düşünürlər.
Cem Yılmaz deyirdi ki, köhnə türk filmlərində nakotik qaçaqçıları elə düzgün türkçə ilə danışırlar ki, filmi izləyən gənc düşünər ki, bunların yanında işə girsəm türk dilini yaxşı öyrənərəm. Bizim bu gənclər də düşünəcəklər ki, Gülərin yanında fırlansam biznesi öyrənərəm.
İlham Əliyev demişkən bir az yavaş gedək. Səsimizi çox çıxartmayaq.  20 il süründürüblər qoy hələ 20 ildə sürüdürsünlər bizi. 

“Babam ve oğlum”

2 aprel mitinqindən sonra

2 aprel mitinqindən sonra

Türkiyənin məşhur rejissorlarından Çağan Irmakın “Babam və oğlum” filmini izləyənlər o filmin nə qədər ürək ağrıdcı olduğunu bilərlər. Amma Azərbaycanda bu filmdən daha ürək ağrıdıcı hadisələr olur. Cəbhəçi müəllim Təzəxan Mirələmlinin başına gətirilənləri hələ heç bir filmdə görməmişəm mən. İlham Əliyev hakimiyyətini, var dövlətini itirməmək üçün bu ailəni məhv etdirməyə çalışır. Təzəxan bəy həm atasını, həm oğlunu, həm də müəllimlik peşəsini Azərbaycan xalqına qurban verib. Hakimiyyət Mirələmli ailəsini hakimiyyətdə qalmaq üçün qurban seçib.

Bugün Təzəxan bəyi o vəziyyətdə görəndə o qədər dəhşətə gəldim ki. Heç nəyi görməsək də hakimiyyətin nə qədər iyrənc əməllərlə hakimiyyət olaraq qaldığını başa düşə bilərik. Amma hadisələri öz gözlərimizlə görəndə dəhşət bürüyür bizi. Necə bir oyunun qurbanlarıyıq? Bir grup “insan”ın nəfsinin qurbanı olmuşuq hamımız.
Təzəxan Mirələmli aksiyalarda iştirak etdiyi üçün 8-ci sinif şagirdi oğlu Vasifin heysiyyatına toxundular. Vasif onu və ailəsini təhqir edən uşağı bıçaqladı. Bu yaxşı bir şey deyildi. Heç vaxt Vasifin düz etdiyini deyə bilmərik. Amma bıçaqladığı o uşağı yarası o qədər ağır olmasa da xəstəxanada ona baxmadılar və uşaq həyatını itirdi. 14 yaşlı Vasifə 8 il həbs cəzası verdilər. 2011-in yazından bəri həbsdədir.
Bu hadisələrdən sonra Təzəxan müəllim Cəlilabad rayonunda işlədiyi məktəbdən azad olundu. Vasiflə eyni sinifdə oxuyan oğlu Vahidi və həyat yoldaşını yanına alıb Bakıya gəldi. Onların yarı ac yarı tox yaşadıqlarını hamımız bilirik.
Bunlar da bəs etmədi İlham Əliyevə və onun mafioz grupuna. Artıq bir ildir ki, atası Məhərrəm Mirələmli də həbs olunub və istintaq aparılır. O, narkotik alverində təqsirkar bilinir. Bunun böhtan olduğu isə heç birimizə qaranlıq deyil. İş orasındadır ki, o qədər azğınlaşıblar ki, əvvəllər cibizimdən nakotik çıxardırdılarsa, indi artıq alverində təqsirkar bilirlər.

Təzəxan bəy bugün prokurorun 15 il iş istəyinə dözə bilmədi. Özünü yandırmaq istədi. Amma biz ondan qabaq getdik özünü yandırmaq istədiyi yerə. Bizdən uzaqda durdu. Bizdə heç nə deyə bilmədik. Nə deyə bilərdik, axı? Sakitləşəndən sonra yanına gedə bildik. Ağlamağa başladı. Böyük kişilərin ağlamağı lap balaca vaxtımdan mənə vahiməli bir şey kimi gəlir. O qədər dəhşətli bir şey olmalıdır ki, kişi ağlasın. Atasına 13.5 il həbs cəzası verdilər.
Və sonda mənə elə gəlir ki, kişilər üçün ən dəyərli varlıqlar ataları və oğullarıdır. Hakimiyyət Təzəxan müəllimin ən dəyərli varlıqlarını həbs edib.
Ya hamımız özümüzü yandırmalıyıq, ya da bu hakimiyyət getməlidir! Mən ikincini seçirəm.

Universitetdə kəsrlərdən qurtulmağın asan yolu

Xatırlayırsınızmı bir grup gəncin Əli Kərimlinin evinin qarşısında aksiya keçirdiyini. Sözdə Əli bəy vətən xaini imiş. Bu gənclər də super vətənpərvər olduqları üçün Əli bəyi təhqir etməyi, ona “ar olsun” deməyi özlərinə “borc” bilmişdilər. Sonra araşdırandan məlum oldu ki, həmin gənclərin əksəriyyəti oxuduqları universitetdə kəsri olan gənclərdi. Onları bəyin evinin qarşısına göndəriblər ki, gedin ora biz də sizin kəslərinizin üstündən xətt çəkək. Azərbaycanlı bir tələbə üçün bundan gözəl mükafat ola bilərmi?
Mən də tələbəyəm. Kəsrlərim də var xeyli. Nə edim deyə düşünüdüm və ağlıma gəldi ki, mən də aksiya keçirim. Yox, yox Əli Kərimlinin evinin qarşısında yox. Prezident aparatının qarşısında. Gözəl bir aksiya keçirim. Kəsrlərimi düzəldəcəklər? Yox! Məni universitetdən qovacaqlar. Mən də ömürlük qurtulacam kəslərimdən. 😀