“Babam ve oğlum”

2 aprel mitinqindən sonra

2 aprel mitinqindən sonra

Türkiyənin məşhur rejissorlarından Çağan Irmakın “Babam və oğlum” filmini izləyənlər o filmin nə qədər ürək ağrıdcı olduğunu bilərlər. Amma Azərbaycanda bu filmdən daha ürək ağrıdıcı hadisələr olur. Cəbhəçi müəllim Təzəxan Mirələmlinin başına gətirilənləri hələ heç bir filmdə görməmişəm mən. İlham Əliyev hakimiyyətini, var dövlətini itirməmək üçün bu ailəni məhv etdirməyə çalışır. Təzəxan bəy həm atasını, həm oğlunu, həm də müəllimlik peşəsini Azərbaycan xalqına qurban verib. Hakimiyyət Mirələmli ailəsini hakimiyyətdə qalmaq üçün qurban seçib.

Bugün Təzəxan bəyi o vəziyyətdə görəndə o qədər dəhşətə gəldim ki. Heç nəyi görməsək də hakimiyyətin nə qədər iyrənc əməllərlə hakimiyyət olaraq qaldığını başa düşə bilərik. Amma hadisələri öz gözlərimizlə görəndə dəhşət bürüyür bizi. Necə bir oyunun qurbanlarıyıq? Bir grup “insan”ın nəfsinin qurbanı olmuşuq hamımız.
Təzəxan Mirələmli aksiyalarda iştirak etdiyi üçün 8-ci sinif şagirdi oğlu Vasifin heysiyyatına toxundular. Vasif onu və ailəsini təhqir edən uşağı bıçaqladı. Bu yaxşı bir şey deyildi. Heç vaxt Vasifin düz etdiyini deyə bilmərik. Amma bıçaqladığı o uşağı yarası o qədər ağır olmasa da xəstəxanada ona baxmadılar və uşaq həyatını itirdi. 14 yaşlı Vasifə 8 il həbs cəzası verdilər. 2011-in yazından bəri həbsdədir.
Bu hadisələrdən sonra Təzəxan müəllim Cəlilabad rayonunda işlədiyi məktəbdən azad olundu. Vasiflə eyni sinifdə oxuyan oğlu Vahidi və həyat yoldaşını yanına alıb Bakıya gəldi. Onların yarı ac yarı tox yaşadıqlarını hamımız bilirik.
Bunlar da bəs etmədi İlham Əliyevə və onun mafioz grupuna. Artıq bir ildir ki, atası Məhərrəm Mirələmli də həbs olunub və istintaq aparılır. O, narkotik alverində təqsirkar bilinir. Bunun böhtan olduğu isə heç birimizə qaranlıq deyil. İş orasındadır ki, o qədər azğınlaşıblar ki, əvvəllər cibizimdən nakotik çıxardırdılarsa, indi artıq alverində təqsirkar bilirlər.

Təzəxan bəy bugün prokurorun 15 il iş istəyinə dözə bilmədi. Özünü yandırmaq istədi. Amma biz ondan qabaq getdik özünü yandırmaq istədiyi yerə. Bizdən uzaqda durdu. Bizdə heç nə deyə bilmədik. Nə deyə bilərdik, axı? Sakitləşəndən sonra yanına gedə bildik. Ağlamağa başladı. Böyük kişilərin ağlamağı lap balaca vaxtımdan mənə vahiməli bir şey kimi gəlir. O qədər dəhşətli bir şey olmalıdır ki, kişi ağlasın. Atasına 13.5 il həbs cəzası verdilər.
Və sonda mənə elə gəlir ki, kişilər üçün ən dəyərli varlıqlar ataları və oğullarıdır. Hakimiyyət Təzəxan müəllimin ən dəyərli varlıqlarını həbs edib.
Ya hamımız özümüzü yandırmalıyıq, ya da bu hakimiyyət getməlidir! Mən ikincini seçirəm.

Reklamlar

“Babam ve oğlum”” üzerine bir düşünce

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s