Qondarma ittihamlar

2011-ci ildə gənclər təşkilatları toplanıb bir qərara gəldilər. ADNA terrorunun qurbanlarını anım mərasimi keçiriləcəkdi. Təşkilatlar hamısı birlikdə, səssiz səmirsiz, gülləri terror olan binanın pillələrinə düzüb, qurbanlar üçün şamlar yandırılacaqdı. Səssiz səmirsiz! Vərəqələr hazırlandı, küçədə insanlara paylandı, divarlara yapışdırıldı. 29 aprel, anıma bir gün qala Aysel Sadaya dedim ki, məndə biraz vərəqə qalıb gəl onları paylayaq. Getdik, Elmlər Akademiyasında, Hüseyn Cavid parkında hər kəsə vərəqə verdik, “Yerə atmayın!” dedik. Vərəqə payladığımızı görən bir kişi vərəqələrdən birini istədi. Guya sadə bir vətəndaşdır və maraqlanır. Sən demə mülki geyimli polis imiş. İşimizi bitirib metroya yaxınlaşanda uniformalı polislər bizi saxladı. Yasamal Rayon Baş Polis İdarəsinə apardılar. Üstümüzü yaxşıca axtardılar. İdarənin rəisi İsmayıl Əsədovla bu, ikinci görüşüm idi. İlk görüşümüzdə yaxşı davranmışdı mənə. Öz aləmində məni düz yola gətirməyə çalışırdı. İkinci dəfə qarşısında görəndə xeyli əsəbləşdi. Vərəqələri o yan bu yana çevirib baxdı, oxudu. Dedi ki, siz dövlət çevrilişi etmək istəyirsiz!
Görün ha, “Gəlin ADNA terorrunun qurbanlarını birlikdə anaq!” şüarı ilə dövlət çevrilişi. Bu nə yaman rahat çevrilən bir dövlət imiş, ilahi!
Hələ məni təhdid də etdi ki, sənə sutkalıq verəcəm, görəcəksən! Hələ siz buna baxın İdarə rəisi həm də hakim imiş.
Cabbar Savalanlını nə ilə həbs etmişdilər? Narkoman deyil, satıcı deyil, üstündə gəzdirən imiş. Üstündə siqaret tapa bilməyəcəyiniz adamın cibindən bir-iki qram narkotik “çıxıb” deyə 1 il həbsdə qaldı Cabbar.
Nigar Yaqublu günahkar olmadığı halda, Aydın Acalovun ailəsi şikayətçi olmadığı halda 5 aydır ki, həbsdədir.
İlqar Məmmədov və Tofiq Yaqublu İsmayıllının həndəvərində dolanıb, ara qızışdırırmışlar. Cinayət işinə məruz qaldılar. Eyni zamanda o həndəvərdə olan Dəyanət Babayevi də Qəbələ təcridxanasında saxlayırlar.
Bizləri o qədər mənasız səbəblərlə, o qədər axmaq qondarma ittihamlarla həbs edirlər ki, adamın lap gülməyi gəlir.

P.S. Əli Kərimlinin tikili cibindən qumbara çıxırsa bunlar nədir ki?ImageImageImageImageImageImageImage

Qondarma ittihamlar” üzerine bir düşünce

  1. işarələnmiş şəkildəki eynəkli oğlan məhəbbət hüseynovun oğludur
    vaxtilə qazaxda rəis olmuş məhəbbət hüseynov- qazaxda işgəncələr kralı kimi tanınırdı
    2003-də bizlərə dəhşətli işgəncələr verdirmişdi

bextiyar h için bir cevap yazın Cevabı iptal et