Azərbaycan gənci Azərbaycan polisi haqqında nə düşünür? (Müsahibə)

Ötən il gənclərdən Azərbaycan polisi haqqında müsahibə almışdım. İndi paylaşmaq nəsib oldu 🙂

Buyurun, oxuyun.

 –          Polislər hər yerdə var və təhlükəsizliyi təmin etməkdənsə, hüquqlarımızı məhdudlaşdırır. Fikirlərimizi ifadə edəndə, akisyalarda, hətta sevgilimizlə birgə zaman keçirəndə də polis “milli mentalitet qamçısı” kimi başımızın üstündə olur. Bir sözlə Azərbaycan polisi səninçün kimdir?

Çilənay Seydi:  Azərbaycan polisi  insanlar sevgilisiylə parkda zaman keçirərkən qarşılarını kəsib rüşvət istəyən polisdir. Azərbaycan polisi aksiyalarda azadlıqlarının qorunması üçün meydanlara çıxan qadın, uşaq, böyüklərə zor tətbiq edən polisdir. Bu cür hallar, məncə, yalnız Azərbaycanda gerçəkləşir. Guya polislər aksiyalarda asayişi pozmamağımız üçündür amma asayişi ən pis özləri pozurlar. Polis rüşvət almamalıdır, polis qadına əl uzatmamlıdır. Bir çox yerlərdə insanlar haqqlarını qorumaqçün və yaxud hər hansı problem üçün polisə müraciət edirlər, amma biz haqqımızı polisdən qoruyuruq. Biz polisə müraciət edə bilmirik çünki, bizim polislər buna şərait yaratmır. Bizim polislər rüşvətxorluqları ilə tanınırlar. Polisin vəzifəsi ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdir ancaq, bizdə buna baxmayaraq hüquqlarımız taptalanır, qanun qayda taptalanır.

Aygül Salehova:  Əslində sualla birlikdə cavabı da qeyd etmisiniz. Mən Azərbaycan polisin hər zaman bığlı, qarınlı, ləhcəli, insanlarla kobud rəftar edən biri kimi təsəvvür etmişəm və təsəvvürlərimdə çox az yanılmışam. Azərbaycan polisi fenomendir, Azərbaycan polisi çoxlu dəmir parçalarıdır.

Ceyhun Hüseynli:  Azərbaycan Respublikasının Polis Orqanlarında çalışan şəxslər xalqın təhlükəsizliyini təmin etmək əvəzinə xalqı təhlükəyə salır, siyası baxışına görə xalqın ləyaqətli oğul və qızlarını həbslərə atır, işgəncələr verilər ki, ölkədə hakim ailəyə qarşı heç kim cəsarət edib bir ifadə işlətməsin.

Timur Müzəffərli:  Azərbaycan polisi ümumiyyətlə öz işini icra etmək yerinə hər yerə burnunu soxur, şəxsən mən polis görəndə qıcıq oluram, yersiz yerə maşın saxlatmaq, bəhanə axtararaq rüşvət almaqdan başqa bir şey bilmirlər. Hərçənd guya rüşvət yığışdırılıb amma bu yaxınlarda polisin rüşvət almağına özüm şahid olmuşam. Pul xatirinə günahsız adamı günahkar çıxarda biləcək qədər alçalıblar. Mənə görə Azərbaycan polisi hərəsi özlüyündə monopoliya yaratmış şəxslərdir. Mənim işimin polisə düşməyini istəmərəm heç vaxt hələki o Azərbaycan polisi olsun.

Orxan Bağırov: Məncə, polis peşəsimi deyim sənətimi deyim pis deyil amma bu işini polis kəlməsini Azərbaycan polisi palçığa atıb. Onlar milli yox cib mentalitetini irəli sürürlər. Elə sevgili ilə gəzməyi deyək. Gəzərkən sənə yaxınlaşır, “hörmət edirsən” gedir. Sevgili ile gəzmək ayıbdır, amma “hörmət edəndə” olar? Belə çıxır ki, milli mentaliteti pulla satırlar. Demokratik dövlətdirsə niyə öz sözümüzü demeyek?

Vasif Qarayev: Ümumiyyətlə, Azərbaycanda forma geyinib vicdanı olan adam yoxdur
mənə görə. Hərbçisindən tutmuş, gömrük işçisinə qədər, polisindən tutmuş metro işçisinə kimi. Heç cürə oğru kodeksinə uyğun gəlmədiyinə baxmayaraq, polislərin çoxu oğru aləminin qanunları, qaydaları ilə əsaslandırır hərəkətlərini. Hamısı “lotu” olmaq istəyirlər. Halbuki oğru aləmində paqona pis baxırlar.

Gunay Aminova:  Mən Azərbaycan polisi üçün heç kiməm ? Onlar məni nə ana, nə vətəndaş hətta bir insan kimi bele görmürlər. Bunu insanlara qarşı olan insansızlıqlarını göstərirlər. Ona görə də Azərbaycan polisi mənim üçün mənəvi dəyərləri olmayan bi məxluqdur. Çox qəddarcasına cavab oldu bəlkə də amma doğurdanda mənim üçün bu belədir. Bəlkə onlar kimisə döyəndə təhqir edəndə fikirləşirdilər ki, bu insanın ailəsi var. Kiminsə oğludur, qızıdır, anası, atasıdır. Amma təəssüf ki, onlar belə fikirlərdən uzaqdı. Mentalititetdən danışıb, heç onun nə olduğu bilməyən mentaliteti əlində pul mənbəyinə çevirən  məxluqlardır.
İlahə Orucucova:  Sadəcə öz işlərini düzgün icra etməyi bilmirlər, məncə, onlar heç tam olaraq nəyə xidmet etdiklərini bilmirlər.
rüşvətxorluqları ilə tanınırlar. Polisin vəzifəsi ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdir ancaq, bizdə buna baxmayaraq hüquqlarımız taptalanır, qanun qayda taptalanır.

Image
Image
Image

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s