Öyrəşmək

2010-cu ilin sonlarında aktiv siyasi fəaliyyətə başlamışdım. 2011-ci iliin fevral ayında Cabbar Savalanlı şərlənərək həbs olundu. Mən fəaliyyətimə başlayandan bəri ilk həbs olunan Cabbar idi. Bütün məhkəmələrində iştirak edirdim. Sumqayıtda olmasına baxmayaraq, dərslərimi, başqa işlərimi atıb onun məhkəmələrinə gedirdim dostlarımla birlikdə. Cabbara hökm oxunanda da orda idim. Məhkəmə zalında. Hakim uzun uzun danışdı. Eyni şeyləri dəfələrlə təkrar etdi. Az qala ürəyim dayanacaqdı. O halda, ayaq üstə hakimi dinləyirdim. Hökmü bitirib, 2.5 il deyəndə Cabbarın nənəsi yerə yıxıldı. Zaldan çıxdım. Hönkürə hönkürə ağlayırdım. 
Cabbardan sonra 2 aprel aksiyasında onlarla insan həbs olundu. Onların da bütün məhkəmələrində iştirak etmişdim. Hökmləri dinləmişdim. Amma artıq ağlamırdım. Öyrəşmişdim. Şərlənərək həbs olunmalara öyrəşmişdim. Necə qəribə səslənir, bu. Məsələn, bir avropalı üçün bu necə də təəccüblü olar. Öyrəşmək. Azərbaycan xalqı çoxlu pis şeylərə öyrəşib. Şərlənərək həbs olunmalara öyrəşib. Bunu adi bir hal kimi qəzbul etmək necə də dəhşətlidir əslində! Normal deyil, bu, anormallıqdır.
 İllərdir əsgərlərimizin bir-birini güllələməsinə, döyülərək öldürülməsinə öyrəşmişik. Bizdən bütün dövlət idarələrində rüşvət tələb olunmasına öyrəşmişik. Kimsə rüşvət istəməyəndə təəccüblənirik. Biz çox şeyə öyrəşmişik. Bircə, inqilab etməyə də öyrəşsəydik!

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s