Eyni millətin fərqli insanları

Image
Yuxarıda gördüyünüz foto 20-ci sahədəki razılaşdırılmış mitinqdən deyil. (Mənim düşüncəmə görə) Demokratiya ilə avtoritarizmin arasına gedib gələn bir ölkədən, Türkiyədəndir bu görüntü. Ankarada, Orta Doğu Teknik Üniversitesi (ODTÜ) tələbələrinin birliyinin fotosudur. Ölkə başçısına qarşı dirənişin görüntüsüdür.
Yazımda çatdırmaq istədiyim fikirlərə keçək indi. Türkiyə haqqında bir iki fikrimi bildirim əvvəlcə. Receb Tayyip Erdoğan demokratik seçki ilə hakimiyyətdədir. Bildiyiniz kimi partiyası son seçkidə 51 faiz səslə üstünlüyü əldə etdi. Digər 49 faiz onu seçmədi. Ona qarşıdır. Hakimiyyətin ən kiçik səhvində belə meydandadır. Bəlkə də hər gün Türkiyədə nəyəsə qarşı aksiya keçirilir. Müxtəlif kəsimlər tərəfindən. Həkimlər, müəllimlər, Həmkarlar İttifaqları, tələbələr, qadınlar, kişilər, yaşlılar. Türkiyədə heç kəs öz həyatına və başqalarına biganə qalmır. Ətraf mühiti qorumaq üçün, iş, təhsil haqlarını tələb etmək üçün, heyvanları qorumaq üçün, qadınlara şiddətə son qoyulması üçün hər gün aksiyalar keçirirlər.
Elə düşünməyin ki, bütün aksiyalar sakitcə başlayır və bitir. Türkiyədə də polis insanları döyür, gözyaşardıcı qaz sıxır, bəzən tələbələrə təzyiqlər olur, həbs olunurlar və ya tələbə yataqxanasından qovulurlar. Yəni, demək istədiyim odur ki, onlar da təhlükə altına girərək meydana çıxırlar.
Azərbaycanlılar ən adi hallarda belə haqlarını tələb etmirlər o ki, qaldı məsələn müəllimlər hər hansı haqlarının pozulmasına qarşı aksiya keçirələr. Səbəb? “İşdən qovularam”.  Müəllim işdən qovulmaqdan qorxur. O müəllim ki, 100 manat maaş alır.
Tələbələr deyirlər: universitetdən qovularam.
İnanın ki, o ODTU tələbəsini də qova bilərlər. Türkiyə belə bir ölkədir. Bir bəhanə taparlar və qovarlar. Amma o tələbə qorxmur. Niyə qorxmalıdır, axı? Haqqını tələb etməmək üçün bu yetərli səbəb deyil,axı. Əgər sən universitetə öz biliyinlə daxil olmusansa demək ki, istəsən yenə imtahan verib keçə bilərsən.
ODTU kimi gözəl bir univeristetdən qovulmaqdan qorxmayan insanlar var bu dünyada, bir də ADİU kimi “bazar”dan qovulmaqdan qorxan insanlar. Və deyilənə görə eyni millətdəndirlər.
Bu sadəcə cahillikdir. Azərbaycanda tələbələr cahildirlər. Haqqını istəməyən insan yalnız cahil ola bilər. Ona görə cahildirlər ki, universitetdə oxumaq yerinə pul verib diplom alırlar. Sonra da onu evin bir küncünə atıb fəhləlik edirlər və ya doğub törəməkdən başqa bir işə yaramırlar. Meydana çıxıb ölkəni dəyişmək də istəmirlər ki, birdən həmən o lazımsız diplomdan məhrum olarlar. Cahil insan qorxaq olar. Əslində elə qorxaq olduğu üçün cahildir.

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s