Nigar Yaqubluya ədalət!

Bugun məhkəmədə ağlamaq tutmuşdu məni. Dildə demək nə qədər asan olsa da bir qızı polislərin əhatəsində, hakimin qabağında görmək adamı dəhşətə gətirir. O qədər öyrəşmişik ki həbslərə. Amma yox. Səhv etmişik. Bu normal, öyrəşiləsi bir hadisə deyil. Heç kimin əsasən də bir qızın ömrünün ən gözəl günlərini həbsxanada keçirməsi qədər pis bir şey yoxdur. Həmişə azadlıq tələb edənləri azadlıqdan məhrum edirlər. İndiyə kimi müxaliflər müxtəlif şərləmələrlə həbs olunublar. Nigarın törətdiyi qəza onun günahı deyil. Bu qəzanın bir cəzası var amma bu cəza Nigarın həbsi olmamalıdır. Qanunən belə deyil. Vəkili deyir ki, bir neçə ayda təxminən 700 belə hadisə baş verib amma bunlardan yalnız təqribən 40-ına qarşı həbsqətiimkan tədbiri seçilib. Amma bunlardan hec biri, Nigardan başqa əlbəttə ki, qadın deyil.
Hakimiyyət o qədər bədbəxtdir ki, belə bir bədbəxt hadisədən ac qurd kimi istifadə etdi və Yaqublular ailəsini çəkindirmək üçün gözəl Nigarı məhbəsə saldı.
Əsasən biz xanımlar Nigarın həbsinə göz yummamalı, adi bir hadisə kimi qəbul etməməli və fəallığı artırıb Nigarın tanınmasına nail olmalıyıq. Hər kəs Azərbaycanda və dünyada təşkilatlar, ayrı ayrı şəxslər Nigarı tanımalı, həbsinin real səbəblərini bilməlidirlər.
Gəlin ən azı bu axşam Nigar üçün virtual aksiya keçirək. Twitterdə #justicefornigar haştagını trend edək.

Reklamlar

Nigar Yaqubluya ədalət!” üzerine bir düşünce

  1. indiki hokmetin agzina men sey eliyim insallah menimde geleceyim foto video blogerliyi olacag onda men bu hokumetin pox pusurnu acib tokecem bu hokmet qeyhbedi NIGAR YAQUBLUYADA UGURLAR ARZULAYIRAM ALLAH OZU ONA KOMEK ETSIN AMIN …

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s