Azərbaycanlı “Akakilər”

“Cəhənnəm iztirabları” hekayələr toplusu Qoqolun “Şinel” hekayəsi ilə başlayır. Qoqol bu hekayə ilə Rusiya imperiyası insanlarının necə səfalət içində yaşadıqlarını açıq aşkar göstərə bilib. 
Akaki Akakiyeviç haqqında qısaca bildirim ki, hansısa bir departamentdə “titulyarnı sovetnik” vəzifəsində çalışır. İşi yalnızca əl yazmaların üzünü köçürməkdən ibarətdir. Hekayənin qəhrəmanı Akakinin şineli köhnəlir. Yeni bir şinel tikdirməkdən başqa çarəsi qalmır. Şinelini növbəti dəfə yamatmağa aparanda dərzi şinelin artıq düzəlməyəcəni, yeni birini tikdirməli olduğunu deyir. Akakinin sanki başından qaynar su tökürlər. Evinə qayıdır. İllərdir gümüş qəpiklərlə yıdığı 40 manatı çıxardır. Yeni bir şinel üçün bu pul bəs etməyəcəkdi və o zaman düşünür ki, bəzi şeylərə diqqət etməli olacaq. “Axşamlar çay içməkdən əl çəksin, gecələr şam yandırmasın, lazım gələrsə ev sahibəsinin otağında işini görsün, küçə ilə gedərkən ayağını daşlara mümkün qədər yavaşca, ehtiyatla qoyub, pəncələri üstündə yeriyən kimi yerisin ki, beləliklə ayaqqabılarının altını vaxtından əvvəl dağıtmasın. Alt paltarlarını yumağa mümkün qədər gec-gec versin, alt paltarı dağılmamaq üçün xalatında gəzsin, bu xalat da çox qədim şey idi, hətta zamanın özü ona hörmət eləyib, ömrünü bir qədər uzatmışdır. Akaki yavaş yavaş ac qalmağa da öyrəşirdi.”
Bəli, bu bir hekayədən çox insana acı həqiqətləri çatdıran bir yazıdır. İllər keçib, Azərbaycan 22 ildir ki, müstəqildir. Sərvəti başından aşıb daşan ölkədə milyonlarla akaki mövcuddur. Bir ayı o biri aya calamağa çalışan, yeni ayaqqabı almaq üçün digərinin məhv olmasını gözləyən insanlar. Yarı ac, yarı tox. Və digər tərəfdə milyardların içində üzən, aclığın nə olduğunu bilməyən, insanlıqdan çıxmış, insanları, insanlığı unudan insanlar var. Bir şəraba minlərlə manat xərcləyənlər. Xərcləsinlər. Özləri qazansınlar, alın təri ilə, əməklə. Nefti xortum vasitəsilə içməklə, qazı, qızılı nə var nə yox hamısını yeməklə, dağıtmaqla, xaricə daşımaqla bu hakimiyyət milyonlarla akakilər yaradıb. Bəli, bir neçə il sonra Azərbaycanda bircə şinel tikdirmək üçün, az yeməyə, pəncələrimizin üstündə gəzməyə məcbur olacağıq. 

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s