“Səs” nə deyir ?

Səhər gözümü “Səs “ qəzetində bizimlə bağlı, adımın da çəkildiyi xəbərin xəbəri ilə açdım.İ.Əliyev adlı “jurnalist” bizim polisin başına it oyunu açmağımızdan, xarici donorların cibindən əlimizi bir anlığa çəkib gəncliyə daş atmağımızdan yazıb. ImageImageÖtən il Cabbar Savalanlı və ardınca 2 aprel mitinqində həbs olunanları o qədər axmaqcasına şərləmişdilər ki, öz gənc irəliçilərini də inandıra bilməzdilər bu şərləmələrlə.  İ.Əliyev yazısında bildirir ki, “Alınan və təsdiq olunan məlumatlara görə, martın 6-da “Elmlər Akademiyası” metrostansiyası yaxınlığındakı parkda bir qrup gəncin icazəsiz aksiya keçirməsinə Yerevandan olan gənclər də sosial şəbəkə vasitəsilə dəstək veriblər. Bunu sonradan AXCP (i) Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və Müsavat Gənclər Təşkalatının sədr müavini Səxavət Soltanlı da təsdiqləyib. “Nida Vətəndaş Hərəkatı”nın üzvü Üzeyir Məmmədli isə bildirib ki, martın 2-də “Dalğa” gənclər hərəkatının AXCP (i)-dən olan üzvlərinin poçtlarına “Fransadan olan erməni gəncləri sizinlədir” formasında məktublar ünvanlanıb.”

1. 6 mart piketini AXCP təkbaşına edib. 2. Səxavət Soltanlının bu piketlə əlaqsi yoxdur. 3. Üzeyir Məmmədlinin bu piketlə əlaqəsi yoxdur. 4. AXCP Gənclər Təşkilatı yox, Gənclər Komitəsi. 5. Dalğa Gənclər Hərəkatının AXCP-dən olan üzvləri – ümumiyyətlə bu nə deməkdir ? 6. Deyək ki, Dalğaçılara gəlib belə məktub Üzeyirin bu işə nə dəxli var? 7. Niyə məhz Fransadan olan erməni gəncləri?
Davamı var hələ, tələsməyin. Yazının müəllifi İ.Əliyev bildirir ki, İsa Qəmbərin göstərişi ilə AXCP üzvləri aksiya ediblər, polislərə hücum ediblər.
Qeyd edilib ki, Əli Kərimlinin yaxın qohumları Saqif Qurbanov və Toğrul İbrahimov metroya daxil olub ajiotaj yaratmaq istəyiblər.
1. Niyə AXCP üzvləri Müsavat başqanı İsa Qəmbərin göstərişi ilə aksiya etsinlər?
2. Toğrul İbrahimov yox İbrahim ( şəxsiyyət vəsiqəsində də belədir)
3. Yəqin bu iki nəfər İ.Əliyev sayəsində Əli bəyin yaxın qohumu olduğunu öyrəniblər.
4. Piket Azərbaycan Elmlər Akademiyasının binasının qarşısında olub. Metroya xeyli uzaq məsafədə. Və piket başlayan kimi adı çəkilənlər həbs olunublar.
Yazıda həm də qeyd olunub ki, bu gənclər Azərbaycanın 20 faiz torpaqlarını işğaq edən Serj Sarkisyanın gəncləri ilə əməkdaşlıq edir. Deyək ki, bu xəbər düzdür. Heç olmasa biz əməkdaşlıq edirik. Prezidentiniz isə gedib Serjlə xizək sürmək istəyir. Ağız ağıza verib öpüşür.
“Səs” qəzetinin 10 martda saytına yerləşdirdiyi 10-15 xəbərdən 5 dənəsi müxalifətə həsr olunub. Olmayan və ya zəif müxalifəti qaralamaq üçün əllərindən gələn gəlməyən hər şeyi edirlər. Nəticəsi nədir bəs?
Həmin yazılara cəmi 80-150 dəfə baxılıb. Onun da ən az yarısı elə müxalifətçilər özüdür yəqin. Oxuyub gülməyə bundan yaxşı vasitə?
Saytda iki xəbər gördüm. “Əli Kərimov haqqında əsl həqiqətlər” və “Əli Kərimli nədən narahatdır”. Məncə, artıq bir qərar verməlidirlər. Kərimli yoxsa Kərimov deməkləri ilə bağlı.
Qəzetdə AXCP sədr müavini Nurəddin Məmmədlinin adından Əhməd Orucla deyişmə də yer alıb. Yalan xəbərin bu qədərini ancaq belə analoqsuz ölkələrdə görmək olar.
Xəbərlərdən biri də diqqətimi çəkdi. Yap gənclər birliyinin Nərimanov rayon təşkilatı ilə görüşündən yazılıb. Rayon təşkilatının sədri Təhmiraz Tağıyevin bu sözlərinə fikir verin : “Son vaxtlar müxalifət partiyalarının nəzarətində olan və xüsusilə də, ölkədən kənardakı qruplarla əlaqəsi olan bir qrup gəncin sosial şəbəkələrdən istifadə edərək, müəyyən çağırışlar edir, təxribatçı ideyalar ortaya atır. Lakin birmənalı şəkildə qeyd etmək istəyirəm ki, Azərbaycan gəncləri bu ideyaları dəstəkləmirlər.”
Azərbaycan gəncliyinin adından çıxış edir Tağıyev.
Sonda bir şeyi də qeyd edim. Sırf Əli Kərimlini, İsa Qəmbəri pisləmək üçün Elçibəyi müdafiəyə keçib “Səs” qəzeti. Adamda bir abır həya olar da. 

Reklamlar

“Səs” nə deyir ?” üzerine 3 düşünce

  1. Salam aleykum.Beyim xanim,Araz Bayramovun blogundaki son yazisini gormusunuzmu?Mence bir tedbir gormek lazimdir,cunki buna inananlarda olacaq.

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s