Fuck dictator!

Ötən il bu ay siyasi ictimai sektora qoşuldum. Düz bir ildir təkcə mənəvi cəhətdən yox, həm də fiziki cəhətdən mübarizə aparıram diktatura ilə. Bir an belə düşünmədən, gözümü qırpmadan AXCP-yə üzv oldum. Heç bir tərəddüd etmədən!
Bəzən kimsə deyir ki, siz özünüzü mübarizə aparan hesab edirsiz? Qətiyyətlə deyə bilərəm ki, bəli, əlbəttə ki, mübarizə aparırıq. Mübarizə aparmaq dəyəndə gözlərinizin qabağına vuruşmaq, döyüşmək, meydanlarda polislə qırğına çıxmaq gəlir. Əlbəttə, bunlar hamısı olacaq. Amma Azərbaycan elə bir ərəfədədir ki, mübarizə aparmaq dəyəndə ağlınıza təşkilatlanmaq gəlməlidir. Insanları siyasi cəhətdən maarifləndirmək, cəsarətləndirmək, haqqlarını tələb etməyi öyrətmək lazımdır. Onlara meydanların, polis bölmələrinin, yeri gələndə həbsxanaların düşündükləri kimi qorxulu olmadiğını, azadlıq, demokratiya, insan haqqları, insan deyəndə axan suların durduğunu, durmalı olduğunu öyrətmək lazımdır. Bu gün Əli Kərimli “Azad Gənclik”in qurultayında öz çıxışında bildirdi ki, ötən əsrin əvvəllərində Azərbaycan adlı demokratik dövlət dünyada 25 ölke arasında idi. Düzdür sonradan vəziyyət dəyişdi. Tale elə gətirdi ki, rusların, farsların əlində əsir yesir olduq.
Amma demokratiya ənənəsi Azərbaycanda ölmədi. Əbülfəz Elçibəyin simasinda demokratiya yeniden doğuldu. Yenə rusların öz əli ilə Əliyev adlı bəla yoluxdu Azerbaycan xalqının taleyinə. Amma bu o demek deyil ki,demokratiya öldü, bu o demək deyil Azərbaycan xalqı qısırdı. Demokratiya biz də doğulacaq və hər kəs görəcək ki, dünyada heç bir xalq diktaturaya laiq deyil.

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s