Bizə “Eurovision”, “Qış bulvarı”, “Bayraq Meydanı” lazımdırmı?

Hər dəfə pozulan mülkiyyət hüquqları ilə bağlı tədbirlərdə çox böyük əsəb gərginliyi yaşayıram. Bir gənc kimi bütün varlığımla bir daha, bir daha nifrət edirəm bu hakimiyyətə. Tədbirlərdə vəkillərin, zərərçəkmişlərin və digərlərinin çıxışlarında aydın olur ki, bu heç də mülkiyyət hüququnun pozuntusu deyil. Bu sadəcə vəhşilikdir. Acgözlük, qeyri – insanilikdir. Bizim davamız dörd divar deyil. O uçurulmuş divarların altında qalan insanlıqdır.
Yoxsul, savadsız insanları əzmək, daha da yoxsul, daha da aciz duruma gətirmək üçün nələr etmirlər ki, bir bilsəniz. Təsəvvür edin ki, kişiləri polis bölməsinə çağırırlar, o arada evini uçurub sonra onu evinə yollayərlar. Dağıdılmış, bəlkə də yeganə mülkü, sığınacağı olan “ev”inə geri göndərirlər.
Siz təsəvvür edin ki, bu son aylarda sökülən evlərlə bağlı neçə nəfər ölüb, yaralanıb. Siz təsəvvür edin ki, vətəndaşların pozulmamış hüquqları qalmayıb.
Bugün  mülkiyyət hüquqları ilə bağlı ikinci forumda iştirak etdim. Forumda çıxış edən vəkil Cavadova deyir ki, özləri qəsdən savadsız, yoxsul insanların mülklərini əllərindən alırlar. Çünki, savadsız insanlar Avropa məhkəməsinə müraciət etməyəcəklər.
Bundan əvvəlki evləri sökülənlərlə tədbirdə bir nəfər dedi: Bizim evimizi sökürlər. Bəhanələri isə neft çıxarılan yerə yaxın ərazidə yaşamağımızdır. Deyirlər, neft insanın genetikasına pis təsir edir.
Mənsə düşündüm, bəli, dedikləri tək doğru söz budur. Neft insanın genetikasını dəyişir. Baxın sayın Heydər və İlham Əliyevə. Neft necə dəyişdi genetikalarını. Neft görüb necə çıxdılar insanlıqdan.
Nə adı altında sökürlər evləri? Bayraq meydanı, qış bulvarı, neft yataqlarına yaxın ərazi, “Eurovision” və s. Bəs bizə lazımdırmı meydan, qış bulvarı, “Eurovision”? Tamam, bayrağa bir etirazımız yoxdur, bəs meydan nəyə gərəkdir. Əgər bu meydan yüzlərlə insanı evindən,eşiyindən edəcəksə. Bizə lazımdırmı qış bulvarı? İnsanlar o bulvara getməyə vaxt, imkan tapa bilməyəcəksə? “Eurovision” mahnı müsabiqəsi qeyri – demokratik, insan haqlarını tanımayan, diktaura, ailə rejimi ilə idarə edilən bir ölkəyə lazımdırmı? Harana yaraşır “Eurovision” sənin, Azərbaycan?!GörselGörsel

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s