Görsel

i`m happy :P

i`m happy :P

Hərdən elə gözəl başlayıram ki, günə. Elə xoşbəxt ki, görən elə bilər ki, hər şeyimiz tamdır. Heç bir əskikliyimiz yoxdur . Bəli, elə deyil. Çox şeyimiz yoxdur. Məsələn, dostlarımı çaya qonaq edə bilmirəm. Məsələn, sinema, teatr keyfi yaşaya bilmirəm bu ölkədə. Məsələn, sevgilimlə gündoğumunu seyredə bilmirəm. Məsələn, bir yanım həmişə əskikdi. Çünki, bəzi dostlarım yanımda deyil. Amma olsun. O qədər xoşbəxtəm ki, bildiyim yolda olduğum üçün. Doğru yol olduğunu bildiyim üçün. O qədər əminəm ki, özümdən. O qədər inanıram ki, apardığım savaşdakı səmimiyyətimə, heç kəs qarşıma çıxa bilməz. Heç kəs mənə yanıldığını deyə biləz. Daima haqlı olmağın qüruru “pahabiçilemez”.
Düzdür, hərdən düşünürəm ki, axı, bizim günahımız nə idi ki, bu ölkədə dünyaya gəldik. Amma sonra yaxşı tərəfini də düşünürəm. Dünyanı xilas edə bilməsək də, bəlkə milyonlarla insanı xilas edə bildik bu cəhənnəmdən. Bunun sevincini hansı ölkədə yaşaya bilərdim başqa?
Milan Kundera bir romanında deyir : “Mən həyatda çox şeyi yaşadım. Topluluğun içində mən də yumruğumu havaya qaldırdım.” Bunu mən də deyə biləcəm gələcəkdə.
Məncə, bizim ümidsiz, həvəssiz olmağa ən azından mənəvi cəhətdən haqqımız yoxdur.
Düz yolda olmaq, həmişə qazanmaq demək deyil amma ən azından düz yolda olduğumuzu bilmək bizi xoşbəxt etməlidir.

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s