Elnur Məcidli üçün nə edə bilərsən?

Yəqin bir çoxlarınız Elnur Məcidlini tanıyırsınız. Ən azından mənim blog postlarımı oxuyanlar mütləq tanımalıdırlar. Nə səbəbə, hansı qondarma ittimahla həbs olunduğu da məlumdur. Elnur hal- hazırda Penitensiar Xidmətin Binə qəsəbəsindəki 17 saylı cəzaçəkmə müəssisəsində “cəzasını” çəkir. Valideynləri və dostları hər həftə ona baş çəkirlər. Atasının bildirdiyinə görə cəzaçəkmə müəssisəsində kitabxana olmadığı üçün Elnur kitab tapmaqda və oxumaqda çətinlik çəkir. Biz də belə bir qərara gəldik ki, fevral ayının ortalarındak bir kampaniya başladaq və Elnur üçün kitab toplayaq. Deməli, fevral ayının 11,12 və 13-ü “Tarqovu”da Araz kafesinin həndəvərində kitabları bizə Elnura çatdırılmaq üzərə təhvil verə bilərsiniz.

Elnur barədə qısaca xatırladım ki, o ötən ilin may ayının 11-indən həbsdədir.  Oktyabr ayında Nəsimi rayon məhkəməsi Elnur Məcidliyə 2 il azadlıqdan məhrumetmə cəzası verib.
Sonda onu da deyim ki, sizdən həbsxana şəraitində oxumağa dəyər kitablar gözləyirik.

Əlaqə : 055 285 25 33 (Bəyim Həsənli)

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s