“Azadlıq”

Azadlıq qəzeti hələ mən doğulmamışdan qabaq bu dünyaya gözlərini açıb. Taa, 1989-cu ildən. Elə bu yaxınlarda qəzetin 22 illiyi qeyd olundu, ya da qeyd olunmaq istəndi bildiyiniz kimi. Restoranın işıqları söndürüldü. Restoranı işlədən “ mənim də ailəm uşağım var, mənə yazığınız gəlsin” dedi. Sanki ona, ailə uşağına, qazandığı çörəyə əl uzadan Azərbaycan hakimiyyəti deyil, Azərbaycan müxalifətirdir.

Nəysə, davam edək qəzetdən. Günümüzdə Azərbaycanda yeganə konkret mövqeyə sahib olan qəzet “Azadlıq”dır. Bəs niyə bəziləri bu qəzetə qarşı qərəzli mövqe sərgiləyirlər, anlaşılmazdır. Əslində bu qərəzin altında heç nə axtarmıram, inanıram ki, bəziləri , yəni qəzet haqda sosail şəbəkərəldə filan yaxşı danışmayanlar heç də nə isə düşünərək bunu etmirlər. Sadəcə düşünmədikləri üçün belə danışırlar. Düşünməlidirlər ki, illərdir hər cür təzyiqə məruz qalmağına rəğmən bu qəzet heç vaxt mövqeyini dəyişməyib, heç vaxt dediyindən dönməyib, hər gün işinə davam edib. Təzyiqlərin nə olduğunu yəqin hamı bilir amma bir ikisini sadalaya bilərəm yenə də. Məsələn, baş redaktor Qənimət Zahidin şərlənərək həbs olunması, qəzet işçilərinin oğurlanaraq döyülməsi və s.
Sözümün məğzi odur ki, bu gün bizim əlimizdəki tək qəzet “Azadlıq”dır. Bu qəzetin də, işçilərinin də qədrini bilməliyik. Məsələn, onların hər ay maaşlarını vaxtlı vaxtında alması üçün siz hər gün bir qəzet ala, bilərsiniz. Oxuyub, oxutdura bilərsiniz.  Belə məsləhətlərə ehtiyac yoxdur, bilirəm.
Uşaq deyilsiz ki 😉

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s