“Bayraq Meydanı”nda at oynadırlar!

Bildiyiniz kimi “Bayraq Meydanı” deyilən ərazidə binaları, evləri sökürlər. Oralarda sadəcə bir bina qalıb. Bir neçə gün öncə o binaya getdim. 70ə yaxın mənzil var orda. Bir çox mənzili gəzdim, 11 evə, ailəyə, həyata daxil oldum o gün. Bir QHT-də, bir iş tapşılırmışdı. Onunla bağlı getmişdim amma maraqlı və qəribə şeylərin şahidi oldum. Sakinlərdən biri deyirdi ki, “keçən il bizim evimizə gəldilər və dedilər ki, bir neçə gün sonra bu bina söküləcək.” O vaxtdan tələm-tələsik əşyaları yığışdırıblar. Amma sonradan səs soraq çıxmadığı üçün yaşamağa davam ediblər orda. Girdiyim bütün evlərdə bir çox əşyalar, qab qacaqlar qutulara yığılmışdı. Sanki hamı evlərinin sökülməyini gözləyir. Uzun müddətdir ki, tikan üstündə yaşayırlar. Bina sakinlərindən gənc bir xanım deyir ki, “mən bu gün sabah ailə həyatı qurub gedəcəm, mənim üçün elə bir fərqi yoxdur sökürlər ya nə edirlər amma niyə mənim yaşlı anam, atam belə əziyyət çəkməlidirlər. Uzun illərdir burda yaşayırıq. Bizim üçün burdan köçmək elə də asan deyil.” Həmsöhbətim onu da qeyd etdi ki, evlərinin yanındakı kran bir az külək əsən kimi yellənməyə başlayır. Pəncərəyə yaxınlaşsa  ev və evdəkilər üçün böyük təhlükə ola bilər.
Həmin binada sakinlərə evlərinin hər kvadrat metrinə 1500 manat pul verməyi nəzərdə tuturlar. Dəniz kənarındakı ev üçün bu məbləğin az olmasına baxmayaraq evlərin sahəsini də 5, 10, hətta 15 kvadrat metrə qədər az göstərirlər. Bütün mənzillərdə eyni problemlə qarşılaşdım.
Ev sahiblərindən biri deyir ki, “evimizi təmir etməyə başlamışdıq. Keçən il bu xəbəri eşitdikdən sonra təmiri dayandırdıq və hələ də belə yaşamağa davam edirik.” 
Başqa bir qadın isə deyir : İlham Əliyev hərdən Hacıbala ilə gəlib gəzir buraları. O gələndə heç kimə nəinki evdən çıxmağa, hətta pəncərədən də baxmağa icazə vermirlər. Qızım hamilə idi. Sancısı tutmuşdu. Mənə zəng edib çağırırdı, İlham da gəzirdi Hacıbala ilə. Nə qədər elədim icazə vermədilər binadan çıxmağa.” 
Hər kəs soruşurdu ki, nəsə yaxşı bir şey gözlənirlirmi? Gördüm ki, hamının ümidi bizədir. Və bir daha inandım ki, bu insanlar hamısı tezlikləImage haqlarını, azadlıqlarını, tələb etmək üçün meydana yığışacaqlar.  

Reklamlar

“Bayraq Meydanı”nda at oynadırlar!” üzerine bir düşünce

  1. Siz neden bele telesirsiniz.ne qeder imkan var deniz havasindan udun doyunca.siz oradan koch edenden sonra denizi harada goreceksiniz.denizi gormek uchun gerek HELEKOKTERLE goye qalxasan oda ki, pulun-paran olsa.bes gormursunuz ki xezermizi hasarla muhasireye aliblar…
    yaxshi fikirleshin !!!

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s