Qarışqayabənzər (avtobus gözləyən) insanlar..

Azərbaycanda yaşamaq çətindir. Hələ Bakıdasınızsa daha çətin, Xırdalandasınızsa ondan da çətindir. Bu gün heç nədən danışmayacam. Bircə avtobuslardan başqa. Uzun müddət idi ki, saat 18:00-da evə gəlmirdim. Ya daha tez ya da daha gec. Bu gün 18-19 arası evə gəlmək istədim. Evə gələrkən iki avtobus dəyişirəm bu arada. Ele bil iki “level”li oyun oynayıram. Birinci “level”i keçə bildim. İkinci “level”ə çatanda işim bir az çətinləşdi. Yüzə yaxın adam eyni avtobusu gözləyirdi. Bəzi “imkanlı”lar bir manatlıq taksiyə oturub evlərinin yolunu tutarkən mən hələ də gözləyirdim. Birinci avtobus gəldi, dolu idi, bir az da yerdən götürdü. Yırğalana yırğalana getdi. İkinci avtobus gəldi. Bu da dolu idi, yenə bir az götürdü bu da digəri kimi getdi. Amma dayanacaqda gözləyənlər heç cürə azalmırdılar. Birdən üçüncü avtobus gəldi, tamam boş idi. İnanın mənə türkün sözü “neye uğradığımı şaşırdım.” Camaat bir biri tapdalaya tapdalaya avtobusun dalınca qaçırdı. Buğda tapmış qarışqaya oxşayırdılar.
Elə utandım ki. Sonra isə düşünməyə başladım ki, hər gün eyni vaxtlarda bu avtobuslar, bu insanlar eyni vəziyyətə düşürlər. Tək kəlimə ilə biabırçılıqdır.
Ən maraqlısı isə odur ki, Xırdalanda bir xətt üzrə 4 marşut işləyirdi bir – iki il bundan qabaq. Hamısı da həmişə dolu olurdu. Sonra hamısını yığışdırdılar, yalnız biri qaldı. Dörd marşrutu dolduranlar indi birini doldururlar. Düşünün vəziyyət nə yerdədir. İnsan baş aça bilmir ki, niyə  bu qədər avtobusu yığışdırıblar. İnsanlara daha çox əziyyət vermək üçünmü ?

Reklamlar

Qarışqayabənzər (avtobus gözləyən) insanlar..” üzerine bir düşünce

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s