Dözümlü xalqıq biz?!

Azərbaycan xalqına afərin demək olar. Belə bir şəraitdə hələ də dözənlər, ölkəni tərk etməyənlər, hətta xaricdə təhsil alıb geri gələnlər, oğurluq etməyən, cinayət törətməyənlər, inandığı şeylərə sadiq qalanlar, qorxmayanlar və ən əsası, mənim üçün ən əsası isə hələ də gülümsəyən, gülümsəyə bilən insanlar var. Bəli, biz dünyanın ən dözümlü xalqıyıq. Bunu kim deyibsə düz deyib. Biz dünya tarixinə yazılmağa layiqik. Biz o xalqıq ki, varlıq içində yoxluq çəkirik. Ədəbiyyatımızın, tibb sahəsinin bu qədər bərbad olduğu bir ölkədə həm ədəbiyyatla, həm həkimliklə məşğul olan, dəyərli bir insanı bıçaqlayırlar bu ölkədə. Ölümünə səbəb olurlar. Bəli, biz belə bir ölkədə yaşayırıq. Lənətə gəlmiş yolları qazırlar, evlərimizi başımıza uçururlar, minlərlə, milyonlarla manat rüşvət alırlar.
Hə, bizim bir də Qarabağ, Sarı Gəlin, dolma dərdimiz var, axı. Nə Qarabağın, nə dolmanın, nə Sarı Gəlinin bizim olduğunu sübut edə bilməyəcəklər.
Mənim isə hər gün yeni bir dərdim var. Bu gün mənim dərdim yazar, həkim Rafiq Tağının göz görə görə öldürülməsidir.  Bu gün mənim dərdim Azərbaycan xalqının həyatının məhv edilməsi, talanmasıdır. Yediyi dolmanın, dinlədiyi musiqinin hansı xalq mənsub olmağı deyil.

Sonda onu da qeyd edim ki, bu hakimiyyətin öldürdüyü yalnız Elmar Hüseynov , Rafiq Tağı deyil. Hər gün onlarla insan bu hakimiyyətin əxlaqsızcasına yürütdüyü talançılıq siyasətinin qurbanı olur. 

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s