Diqqət: Qəzet oxuyan var.

Qəzet oxumağı sevirsinizsə, metroda filan qəzet oxuyursunuzsa diqqətli olun! Əgər metrodasınızsa və qəzet oxuyursunuzsa ətrafınıza diqqətlə baxın. Vaqonda sizdən başqa ən az üç nəfərin əlində qəzet varsa ya qəzetinizi qatlayıb cibinizə, çantanıza qoyun, ya da təcili şəkildə vaqonunuzu dəyişin.
Hamımız çox gözəl bilirik ki, “bizim” polisimiz “bizi” qoruyur. Metroda bir nəfərin, iki nəfərin, lap elə üç nəfərin də qəzet oxumağı ətrafdakıların diqqətini cəlb etməz, heç kimə zərər verməz. Amma üç nəfərdən çox adam qəzet oxuyursa bir az ayıq olan insan fikirləşəcək ki, bu qəzetdə nəsə var ki, bu insanlar bunu belə maraqla oxuyurlar. Onda da “yaxşı olar, şey yaranar”. Bilirsiniz ki, bizə “şey” lazım deyil.
Ətrafda belə çox qəzet oxuyan varsa, onlar sizə nəsə mesaj verməyə, sizin az da olsa qırışığınızı açmağa çalışırlar. Hə, başda dedik axı polisimiz bizi qoruyur. 18 illik (əslinda daha çox) qırışığın açılmasının heç kim tərəfdarı deyil. Bu qırışığın açılmaması üçün polis əlindən gələni etməli, ətrafdakı “qırışıqaçan, zərərli insanlar”ı saxlamalı, həbs etməli, lazım gələndə şərləməlidirlər. Nəticə etibarı ilə məsləhətim budur ki, elə edin qəzet oxuyanda diqqət cəlb etməyin.

 

 

 

 

 

 

 

 

P.S. yazıda qəzet deyəndə yalnız “Azadlıq”ı  nəzərdə tutmuşam.

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s