“İstiqlaliyyət” savaşı.

İctimai palata bu günə aksiya təyin etmişdi. Aksiya “İstiqlaliyyət küçəsi”ndə başlayıb, metronun “İçərişəhər” stansiyasında davam etdi. Açığı aksiyaya qatılmayacaqdım. İmtahanlarım üzündən polis bölməsində keçirməyə vaxtım yox idi. Belə düşünürdüm amma ürəyim icazə verər ki, hardasa aksiya olsun mən evdə oturum? Aksiyanın başlamasına bir neçə dəqiqə qalmış durub evdən çıxdım. Qaça qaça metroya gəldim. İçərişəhər stansiyasında çıxdım. Eskalatorla qaça qaça yuxarı çıxırdım ki, birdən səs küy gəlməyə başladı. Bir də gördüm ki, bir grup Cəbhəçi “Azadlıq”, “İstefa” şüarları ilə eskalatorla aşağı enirlər. Mən aksiyaya gedirdim aksiya ayağıma gəldi. Təbii ki, ordaca mən də qoşuldum aksiyaya. Düzdür tərs istiqamətdə gedirdim amma qalxan eskalatorla düşməyə başladım. İnsanları aralaya aralaya enmək həm gülməli görünürdü, həm də maraqlı reaksiyaları eşidirdim. Təbii ki, şüarlar da səsləndirirdim. Həyatımdakı ən maraqlı aksiyam oldu.

Əslində mən, pilləkənlərə yox hakimiyyətə qarşı əks istiqamətdə gedirdim orda. Düzdür bir qadın “Azadlıq? O nə deməkdir?” dedi amma olsun. Bilməməyiniz normaldır, təəccüblü deyil. “Evdə bişməyib, qonşudan gəlməyib” deyə burda deyirlər. Özümüz “bişirəcəyik” azadlığı.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s