aramızda qalsın :)

Dünən avtobusda bir xeyli içim açıldı. Bəli, bəli yalnış oxumadınız, avtobusda. Düzdür yenə basabas idi, hələ üstəlik qar da yağmışdı. Avtobus güclə hərəkət edirdi. Ayaq üstə dayanmışdım. Yanımda iki balaca uşaq dayanmışdı. Bir qız, bir oğlan. Musiqi dinləyirdim. Qulağımda qulaqcıq var idi təbii ki. Gördüm uşaqlar nəsə maraqlı söhbət edirlər. Qulaqcığı çıxardım. Dinləməyə başladım. Deməli belə, qız oğlana (deyəsən qardaşı idi) deyir : ” Royal, de görüm necə olur ki, bizim iki gözümüz ola ola bir şeyə baxanda iki dənə yox bir dənə görürük.” Açığı bu sualdan çaşdım. Dedim görəsən cavabını bilir? Qardaşı (böyük ehtimalla qardaşı idi) cavab verə bilmədi. Sonra balaca qız başladı izah etməyə. O qədər gözəl izah etdi ki, necə deyərlər matım mutum qurudu. Sonra isə hansısa xarici bir kanalda baxdığı, hansısa verlişdən öyrəndiyini dedi. Və bu tipli suallarını davam etdirdi.

Sözümün canı budur ki, bizim bu televiziya kanalizasiyaları yeni nəsli zəhərləyə bilməyəcəklər nə qədər ki, xarici kanalları izləyə bilirlər.
şşştt, aramızda qalsın birdə gördün bu yazıdan sonra xarici kanalları ləğv elədilər 🙂

 

Reklamlar

aramızda qalsın :)” üzerine 5 düşünce

  1. bizim kanallara çox az-az baxırdım. Toy olsun, 10-un yarısı kimi “Çox Səviyyəli” verlişlər çıxannan sora baxmıram.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s