müstəqillik..insan..bayraq…sevgi..

Bir xalqın tarixində görüb görəcəyi ən gözəl günlərdən biridir yəqin müstəqillik günü. Müstəqilliyin bərpası qanadları sınmış quşun yaralarının sağalmağa başlaması kimi bir şeydir. Tam da qanad çalıb uçmağa başlayanda yeni bir zərbə aldı Azərbaycan. Tarixi yaxşı bilir artıq hər kəs. Tarixdən danışmaq fikrim yoxdur. Məni üzən, kədərləndirən eyni zamanda nifrətimi, gücümü, mübarizə əzmimi artıran hadisələr baş verir bu günlərdə. Dünənki yürüşümüzdə polislərin qarşımıza çıxıb milli bayrağımızı əlimizdən almağa çalışması, bu günsə sabahkı bayramla bağlı yollardan bayraqlar asılması xeyli kədərləndirdi məni.
Nifrət heç də gözəl bir hiss deyil. Dünən nirətim bir az daha artdı bu insanlara qarşı. Həddən artıq həssas bir insanam. Bu gün bu insanlar bizim ən qatı düşmənlərmizdirlər. Prezident, ailəsi, nazirlər, deputatlar, saxtarkarlığa, qəddarlığa, göz yuman hər kəs düşmənimizdir. Amma bu qədər düşmənə sahib olmaq necə də kədərlidir bir bilsəniz. Eyni millətin qanını daşıdığım polis və digərləri məni, bayrağımı, insanlığı, şəhidləri, vətən deyib ölənləri təhqir edirlər. Bu hissi yalnız belə izah edə bilirəm. Düşünün ki, ailədə çoxlu bacı qardaşınız var. Onlardan bir neçəsi sizə qarşı böyük səhvlər edir. Onunla mübarizə aparmalı olursunuz. Eyni evin içində iki cəbhə yaranır. Xalqımızın içindən belə insanlar çıxması ciddi kədərləndirir məni.

İnsanları çox sevirəm. Özümdən aslı olmayan bir şəkildə çox sevirəm. Insanlıq mənim üçün hər şeydən öndə, hər şeydən üstün olub həmişə. Onsuzda bu dünyada yaşamaq o qədər çətindir ki, bir də biz bir birimizlə savaşırıq. İnsanlarla mübarizə aparmağa məcbur olmağımız təəssüfləndirir məni. Kaş ki, belə olmayaydı.
Təbii sərvətlər yer üzünə eyni dərəcədə paylaşılmadığı kimi, insanlıq da hər kəsə eyni dərəcədə çatmayıb. Kaş ki, az olaydı amma hamıda olaydı insan sevgisi. 

Reklamlar

müstəqillik..insan..bayraq…sevgi..” üzerine 2 düşünce

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s