İstək eyni: Azadlıq!

Nə yalan deyək bu gün hər şeydən narazı , eyni zamanda passiv, ümidsiz kəsim böyükdür. Amma son ayların, son günlərin hadisələri göstərir ki, həmin o narazı amma passiv kəsim də ayağa qalxmağa, etiraz etməyə qadirdir. Bu gün dindarlar aksiya keçirdilər. Bir tərəfdə fahişəxanaların bağlanması ilə bağlı böyük bir aksiya keçirildi. Bir tərəfdən evləri sökülənlər, mülkləri əllərindən alınanlar aksiyalar keçirirlər. Etiraz etmək, reaksiya vermək qabiliyyəti bərpa olunur bu xalqın. Biri üçün şərəf hicabdır, biri üçün azadlıq, biri üçün ailə. Şərəfin tapdalandığı, alçaldığı bir cəmiyyət hər nə cür olur olsun baş qaldırmağı bacarır. Siyasi proseslərə biganə qalanlar, qorxanlar, çəkinənlər hətta yaltaqlananlar da bir gün bunları ifşa etməyə, etiraz etməyə başlayırlar. Birbaşa kiminsə mənafeyinə zərbə dəyirsə az çox proseslərə qoşulur. Gözlərindəki pərdə yavaş – yavaş qalxmağa başlayır.

Əslində mənə bir az qəribə gəlir. Biz çıxıb insana azadlıq istəyirik, dindarlar isə hicaba. Hicabı taxan insandırsa demək ki, eyni şeyi istəyirik. Demək ki, birləşmək, birlikdə hərəkət etmək də  mümkündür.

Müxtəlif kəsimlərin ayrı-ayrı istədikləri şeylərin hamısı bizim bir “Azadlıq” şüarımızın içindədir. Mülkiyyət hüquqları, vicdan azadlığı, insan haqları və s.və i.

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s