Gənc siyasi məhbusun virtual aksiyasına qoşulmayanlara

Sosial şəbəkələrdə sıra ilə bütün siyasi məhbuslar üçün virtual aksiyalar təşkil olunur. Bu günlərdə 5 aydır həbsdə olan və məhkəməsi hələ də davam edən Elnur Məcidli üçün belə bir aksiya təşkil olundu. Aksiyaya qoşulanlara təşəkkür etmirəm. Çünki bunu etməlidirlər. Bu onların borcudur. Amma qoşulmayacağını bildirən insanların siyahısına bir göz gəzdirdim. Utandırıcı, əsəbləşdirici, qıcıqlandırıcı və nifrət oyadıcı bir siyahı çıxdı qarşıma. İndiyə kimi aksiyalarda iştirak edib və ya etməməsinə baxmayaraq sutkalıq həbs cəzası alan bir neçə nəfər virtual aksiyaya qoşulmayacağını bildiriblər. Halbuki bu insanlar beş -on gün təcridxanada qalmalarına baxmayaraq oranın necə bir yer olması barədə hələ də danışırlar. Həbsxanada qalmağın çətinliklərini ağız dolusu danışmağı, yazılar yazmağı yaxşı bacarırlar. Yaxşı, həbsxana şəraitinin çətinliklərini bilirsiniz bəs niyə 5 aydır haqsız yerə həbsdə olan birinə dəstək olmaq istəmirsiniz. Virtual aksiya üçün sizdən nə tələb olunur axı? bölməyə düşmək, polisdən qaçmaq, döyülmək, söyülmək təhlükəsi var yoxsa necə??

Bütün günü internetdən istifadə edən, danışanda ağzına çullu dovşan sığmayan sözdə liberal demokrat gənclərə noldu? onlara mane olan nədir?

Məhkəmələrə gəlmirsiniz, ailələrinə baş çəkmirsiniz, maddi dəstək olmursunuz, mənəvi dəstək olmursunuz anladıq. Virtual aksiyaya qoşulmağa cəsarət lazımdır?yoxsa pul? yoxsa ….nə?

Gündə bir video rolik çəkməklə fəallıq olmur.

Reklamlar

Gənc siyasi məhbusun virtual aksiyasına qoşulmayanlara” üzerine bir düşünce

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s