Üç meymun

Əbülfəz Elçibəy bir mitinqdə deyir “ Sizin yadınızdadır ki, bir zamanlar biz deyirdik rus imperiyası dağılacaq! Və dağıldı. Biz bu gün bu meydandan elan edirik ki, bu iqtidar gedəcək! Və gedəcək!. Bir zaman gələcək bu xalq bu meydanda iqtidara “ Ar olsun” deyəcək, o zaman Əliyev istefa verəcək. Bu məmləkətin yiyəsi Azərbaycan xalqıdır! Biz hara toplaşırıqsa ora Azadlıq meydanıdır. Biz bütün Azərbaycanı Azadlıq meydanına çevirəcəyik və Azərbaycan xalqı azad olacaq!”
İndi mənə çox maraqlıdır ki, bəzi ağzıgöyçəklər bu sözləri eşidiblərmi və ya həmin o ağzıgöyçəklər Elçibəydən dahamı ağıllı, uzaqgörəndilər? “ Bu xalq düzələn deyil.” “Bunlara bu da azdı”, “ Bu xalq heç vaxt ayağa qalxmayacaq” deyəndə nəyə əsaslanırlar görəsən?
Biz “Hər şey düzələcək, diktatura devriləcək, bu xalq da ayağa qalxacaq, haqqını tələbə edəcək, etiraz edəcək” deyəndə əsaslana biləcəyimiz o qədər çox şey var ki. Hər şeydən əvvəl 1918-ci ilimiz, AXC-miz (Azərbaycan Xalq Cumhuriyyəti), 1988-1992-ci illərimiz, 2003-2005-imiz və nəhayət 2 aprelimiz var. Bizim Məhəmməd Əminimiz, Elçibəyimiz (onların yolunu getmək istəyən minlərlə cəsarətli insanımız) var.
Niyə bəzi insanlar (ki, onların bir çoxu təhsilli insanlardır) anlamırlar ki, xalqı oyandırmaq, cəsarətləndirmək, maarifləndirmək, qorxunu, xofu məhv etmək bizim, onların (hər şeyi görən, bilən insanların) vəzifəsi, borcudur. Öz işini görməyib, xalqdan nəsə tələb etmək, “Əşi, onsuzda düzələn deyil” demək o qədər asandır ki.

Bunu bilmək üçün çox yox azacıq düşünmək də bəs edər ki, biləsən xalqı bu günə (hər mənada) salan hakimiyyət özüdür. Əgər cəsartsizlikdə bir dəfə suçlayırsızsa xalqı, ona təhsil verməyən, əlindəki son tikəni başından vuraraq alan, 70 manatlıq təqaüdlə keçinməyə məcbur edən, ölkəni, mədəniyyəti məhv edən, insanların şəxsi mülkünə, ona etiraz edənlərin şəxsi həyatına əl uzadan, dünən palto satıb, qumar oynamalarına, neftin, qazın, dolayısıyla da xalqın pulunu öz keflərinə görə göyə sovurmalarına baxmayaraq, bu gün  “demokratik ölkə” iddiasına düşən, insanları göz qırpmadan şərləyə bilən, müxalifətin ciddi etirazlarına qarşı xalqı “yumurta müşavirəsi” ilə aldatmağa çalışan bir iqtidarı on dəfə suçlayıb, etiraz etməlisiniz. Ümid edirəm bunun fərqinə varanda gec olmaz. Bəsdir üç meymunu oynadınız. “ Görmürəm, eşitmirəm, danışmıram”`la olmaz!

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s