Hollandiya prezidenti üsyan edir: “Niyə bizdə o əjdahadan yoxdu?!”

Hollandiya prezidentinin üsyanı   “Niyə biz insanların cibinə tiryək atıb həbs edə bilmirik? Niyə biz kasıb müxalifətçiləri narkotiklə şərləyə bilmirik? Bu necə işdir gəldi başımıza? Niyə Azərbaycan kimi üçüncü dünya ölkəsində var bizdə yoxdur. Axı niyə bizdə o əjdahadan yoxdur!” . Haqlı üsyandır. Aldığım məlumatlara görə Hollandiyada  narkotikin bir çox növləri leqal satışdadır. “Kafeşop” adlanan mağazalardan istəsən ağladan, istəsən güldürən, istəsən düşündürən və sair növlərdə narkotik əldə edə bilərsiniz. Hətta evinizdə adambaşına üç dibçək marixuana da yetişdirə bilərsiniz, əgər bitkilərə marağınız varsa.
İndi bəs bu yazıq Hollandiya iqtidarı nə etsin? Cabbar kimi pulu tiryəkdən başqasına çata bilməyəcək müxalif düşüncəli insanları necə həbs etsinlər?
Zarafat bir yana, yəqin hollandalara gedib danışsan ki, bizim ölkəmizdə bir gənci çəkmədiyi tiryəkə görə 2.5 il azadlıqdan məhrum ediblər (ekspert rəyi də istifadə etmədiyini deyir) qarınlarını tutub gülərlər. Düşünsənə sənin mağazadan ala biləcəyin bir şeyi başqa bir ölkədə müxalifətçini həbs etmək üçün istifadə edirlər. Sənin açıq aşkar yetişdirdiyin, becərdiyin, suladığın, sonra kayfını tutduğun bir bitkiyə görə (istifadə etməməsinə, satmamasına) rəğmən gəncliyinin baharını barmaqlıqlar ardında keçirən insanlar var.
Türkiyəlilərin qəşəg bir sözü var “Onlar insandılarsa biz nəyik? ”
Ya onlar başqa bir dünyada yaşayırlar, ya da biz. Belə bir variantda var ki, bəlkə də biz ölmüşük. Və sorğu sualsız, birbaşa cəhhənnəmdəyik…

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s