Bu rejimdə ana olmaq

Ey analar, ana olmağa hazırlaşanlar. Siz körpələrinizi hansı ölkədə, hansı rejimdə dünyaya gətirdiyinizin fərqindəsiniz? Ana olmaq onu 9 ay bətnində daşıyıb, süd verib, böyüdə bilmək üçün min bir əziyyətə qatlaşmaq deyil sadəcə. Ana olmaq övladına gələcək hazırlamaqdır həm də. Gözəl bir gələcək. Insanların cibindən bəlkə də heç vaxt görmədiyi şeylərin çıxmadığı bir gələcək. Təhsil almağın günah olmadığı, sındırmadığı şüşəyə, əzmədiyi (əzə bilməyəcəyi) maşınlara görə insanların günahlandırılmadığı bir gələcək. Inanclı olmağın günah olmadığı, insanların evində rahat otura bildiyi bir gələcək. Hüquq müdafiəçilərin hüquqlarının pozulmadığı, öz vətənində yaşayıb, öz vətənində ölmək istəyən insanların ölkədən çıxmağa məcbur edilmədiyi bir gələcək lazımdır onlara. Övladlarınız ətəyinizdən yapışıp dartanda yalnız yemək, su istəmirlər. Həm də rahat, insan kimi yaşaya biləcəkləri bir vətən istəyirlər.

Savaşmayıb, mübarizə aparmayıb, övladılarına da icazə verməyən insanlar yaşadıqları həyatları öz balalarına da yaşatmaq istəyirlər deyəsən. Başını aşağı salıb işləyən övlad istəyirlər. Başının içi boş olsa da olar. Qazandığının çoxunu harınlamış, rüşvətxor məmurlar yesə də olar.

Yox əşşi, siz rahatınızı (ki, bu sizə elə gəlir) pozmayın. Cabbar, Bəxtiyar, Elnur, Tural, Əhəd, Ülvi, Ruslan, Rüfət kimi gənclər həm sizin, həm də öxladlarınız üçün mübarizə apararlar. Hələ üstəlik ömürlərinin ən gözəl illərini də sizə qurban verərlər. Siz doğmağa, artırmağa davam edin. Onların gələcəyini biz düşünərik.

Reklamlar

Bu rejimdə ana olmaq” üzerine 3 düşünce

  1. Düşünək ki, bəlkə sabah dünyaya gələn o uşaqlar nəyisə dəyişə biləcəklər. Bəlkə də indiki nəsil nəyisə düzəldəcək və o uşaqlar da arzuolunan real rahatlığı və işıqlı gələcəyi yaşaycaqlar. Çox şey pisdir deyə hər şeyi kökündən kəsmək, qaçıb getmək nə dərəcədə düzgündür? Halva-halva deməklə ağız dada gəlmir. Gərk heç kimdən heç nə gözləməyib, özümüz yaşayaq, quraq, düzəltməyə çalışaq. İndi yox əlkə 10-20-30 il sonra nəsə düzələcək. Buna görə dəyməzmi?

  2. He dùz deyirsen.O sadaladigin ogullarin bu milletin dedesine borcu var.Beyimle raziyam.Bacardiginiz qeder bu bedbext milletin sayin artirin.Ama arada dùsùnùnki,bu ogullar qurtarandan sonra sizin qeydinize kim qalacaq.

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s