Elnur Məcidli

Elnuru orda o əclafların yanında, göz görə – görə orda qoyub qayıtmaq o qədər çətindi ki. Mübarizə aparmaq, savaşmaq, hər gün hansısa şərəfsizlə mübahisə, dava etmək çətin deyil. Amma ən günahsız, ən saf insanların o həbsxanalarda, əlləri qandallı görmək çox çətin, ağır, yorucudur. Elnur o qədər saf, təmiz bir insandı ki. Bilirəm, bəziləri düşünür ki, biz Cabbar üçün də Elnur üçün də eyni sözləri deyirik. Amma nə edəsən ki, gerçəkdi bunlar.

Elnurla ilk tanışlığımız yadıma gəlmir, amma onun ictimaiyyət qarşısındakı ilk çıxışı, həyəcanı, onunla oynadığımız ilk nərd yadımdadı. Həbs olunmamışdan bir gün qabaq görmüşdüm onu. Novxanıdan qayıdırdıq birlikdə. Birlikdə çox gözəl 5 gün keçirmişdik.

Elnuru Novxanıdakı tədbirə getməmişdən çağırmışdılar izahat üçün. O da qayıdandan sonra gələcəyini demişdi. Əl çəkmirdilər. Tez-tez zəng edirdilər. Əgər tədbirdən qabaq getsəydi o əclafların yanına o gözəl 5 günü də alacaqdılar aldıqları son 5 ay kimi.

Bu insanların əclaflığı barizdir. Başqa cür olmağını gözləmək günahdır. Amma məsələn, elə o tədbirdəki insanlar birlikdə yemək yediyimiz, əyləndiyimiz, az deyil 5 gün keçirdiyimiz insanlar hardadı?

Elnur Məcidli

Danışanda ağzına çullu dovşan sığmayanlar hardadılar? Bir neçə saatını, bir statusunu, kiçicik dəstəyini əsirgəyən insalar. Inanın ki, heç nə olmaz bir məhkəməyə gəlib Elnuru sevindirsəniz, bir status yazıb dəstək olduğunu göstərsəniz heç bir zərər görməzsiniz!

Reklamlar

Elnur Məcidli” üzerine bir düşünce

  1. men kendde yawayiram.azadliq ewqi illerdir icimdedir.qiz oldugum ùcùn hemiwe bir söz ewitmiwem:veten qurtarmaq sene qalmayib.bu fikirle razilawmamiwam,ama valideynlerimi ezib Bakiyada gele bilmemiwem.yazdiqlarin oxuduqca senden gùc aliram.heleki yazdiqin sehifelerin ortasindayam.emin deyilemki,meqalelerinin sonuna catanda her weyi tapdalayib Bakiya gelmeyecem.

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s