İstedadlı və yaradıcı gənclərə dövlət qayğısı.

2005-2009cu illər Azərbaycan Gəncliyi Dövlət Proqramının 4cü bəndi belədir: İstedadlı və yaradıcı gənclərə dövlət qayğısı . Proqramla yaxından tanış oldum. Məni ən çox cəlb edən bəndi bu oldu. Bəndin 28 maddəsi var. Maddələr əsasən müxtəlif cür konfransların, festivalların keçirilməsi və təkliflərin hazırlanması ilə bağlıdır. Bəri başdan deyim ki, mən bu 28 maddənin heç birinin həyata keçdiyini nə görmüşəm, nə eşitmişəm, nə də hansındasa iştirak etmişəm.
Oxuduqca insanın beynində müxtəlif suallar meydana gəlir. Bilirəm ki, bu sualları nə bu proqramı hazırlayanlar cavablayar, nə də həyata keçirməyə məsulliyyətli olanlar. Ona görə də suallarımı sizə ünvanlayıram.  Mənə çox maraqlıdır ki, istedadlı gənclər necə müəyyənləşdirilir? Onlar hansı gənclərdir elə ki, dövlət onlara qayğı göstərməyi boynuna götürür. Zənnimcə bu yazını oxuyanlar heç olmasa bir dəfə hər hansı bir uşaq evində olublar. Uşaq evlərinın və uşaqların nə halda olduğunu görməmiş olmazsınız. Yəqin o uşaqlar istedadlı və yaradıcı olmadıqları üçün dövlət onlara qayğı göstərmək istəmir.
Xaricdə təhsil.
Proqramda nəzərdə tutulan istedadlı gənclər arasında xaricə göndərilən tələbələr də var. Kiçik bir araşdırma apardım. Məlum oldu ki, Dözlət Neft fondunun 2 illik xaricə tələbə göndərmək üçün ayırdığı büdcə 12 milyon 974 manat olub. Xatırlayırsızınsa bu ilin 10 mayında saxta bir gül bayramına (bir günlük) görə milyonlarla manat pul xərclənmişdi. Hər il bu qədər pula nə qədər uşaq oxutmaq olardı?
Xaricə göndərdiyimiz tələbə sayısı 8 ildə 5 mindir. Qazaxıstanda isə bu bir illik göstəricidir. Hələ üstəlik bu xaricə göndərilən tələbələr haqqında heç kim heç nə bilmir. İmtahan verənlərə çox vaxt heç nə açıqlanmadan qəbul olunmadıqları bildirilir ki, bu da işin şəffaflığına xələl gətirir.
“Kəşf edilməmiş” gənc istedadlar.
Bir daha demək istəyirəm ki, görəsən mədəniyyət sahəsində kimin istadadlı, kimin istedadsız olduğunu necə ölçüb, qayğı göstərirlər və ya göstərmirlər. Tanınmış gənc bəstəkar Firudin Allahverdi xaricdə təhsil üçün dövlətə müraciət etmişdi.
Firudin Allahverdi:  keçən il Amsterdam konservatoriyasına daxil oldum. prezident, birinci  xanım, təhsil nazirliyi və mədəniyyət-turizm nazirliyinə yazmağıma baxmayaraq heç birindən kömək ala bilmədim. Hələ də axtarıram.
 Görəsən digər “istedadlı”ların keçdiyi hansı imtahandan keçə bilməmişdi Firudin bəy?! Yəqin “Rüşvətxor müəllim” və onun kimi digər mahnılarını bəyənməyiblər.
3.28`ci maddə: Gənclərin teatr, konsert və sərgi salonlarından, yaradıcılıq emalatxanalarından, studiyalardan, laboratoriyalardan güzəştli istifadəsinə dair təkliflərin hazırlanması.
Tanıdığım bir neçə musiqiçi var ki, onlar ildə bir dəfə yeni qrup qurub, sonra dağılırlar. Maliyyə problemləri üzündən. Məşq etməyə yer tapa bilmədiklərinə görə. Yəqin bu təkliflərə baxılmayıb. Ya da heç hazırlanmayıb.
3.14`cü maddə: Gənc yazarların əsərlərinin nəşrinə kömək göstərilməsi
Bu yaxınlarda gənc yazar Seymur Baycan “ Quqark” kitabını qucağında daşıyıb kitab mağazalarına paylayırdı. Bir müddətdən sonra da pullarını özü yığırdı. Onların Seymur bəyin istedadına şübhələrimi var? Nəzərə alın ki, bu kitab bu il yerli yazarların ən çox satılan kitablarından biri oldu.
“İstedadsız” gənclər
Düzünü desəm, mənə qəribə gəlir ki, istedadsız gənc necə olur. Hər halda əqli cəhətdən qüsuru olmayan hər kəsin bacardığı, digərlərinə nisbətən daha yaxşı gördüyü bir iş vardır. Lap belə götürək ki, yoxdur. Axı niyə dövlət istedadı olana qayğı göstərməlidir, olmayana yox? İstedadı və heç bir yaradıcılığı olmayan gənc nə etməlidir? Niyə onlara hər hansı bir bacarığa yiyələnmək üçün qayğı göstərilmir?
İstedadlı gənclərdən son zamanlarda hər kəsin yaxından tanıdığı Bəxtiyar Hacıyevi də nümunə göstərmək olar. Harvard universitetini bitirən bu gənc dövlətimizin qayğısı nəticəsində indi həbsxanadadır. 2 illik həbsə məhkum edilib.
Son illərdə universitetlərə qəbul imtahanlarında on minlərlə gəncin 100 bal belə yığa bilmədiyi halda Cabbar Savalanlı kimi 500 balı keçə bilən istedadlı gənclərin cibinə narkotik ataraq həbs edirlər. Bu da sonsuz qayğının nəticələrindəndir.
Reklamlar

İstedadlı və yaradıcı gənclərə dövlət qayğısı.” üzerine bir düşünce

  1. Geri bildirim: İstedadlı və yaradıcı gənclərə dövlət qayğısı. | Azblog.org

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s