Cabbar, səndən ötrü min yol!

Bu gün Cabbrımızın apellyasiya məhkəməsi bitti.  “Qərar qüvvədə qaldı” dedi hakim. Hansı qərar? İnsanlığın məhkum edilməsi. Azadlıq eşqi ilə çırpınan qəlbin qandallanması.

Cabbar, gözlərindəki qüruru görməmək üçün kor olmaq gərəkir. Kor olsa da insan səsindəki cəsarəti eşitməmək mümkün deyil. Cabbar, bu gün bir kitabı bitirdim. Romanda oğlan əslində qardaşı olduğunu bilmədiyi öz sahibinə (ağasına) “ səndən ötrü min yol, Əmir ağa, səndən ötrü min yol” deyirdi. Cabbar, mən bilirəm ki, sənin üçün bunu deyəcək minlərlə gənc, minlərlə insan var. “Cabbar, səndən ötü min yol” deyəcək minlərlə ürək var.

Cabbar, inan ki, biz də həbsxanadayıq. Bizim başımızın üstündəki səmadır barmaqlıqlar. Sənin əlin çatır, bizimsə yox.

Cabbar, biz Eliçbəyin övladlarıyıq. Bizim qürur duyacağımız o qədər çox şey var ki. Onların, sənin üzünə duranların öz övladlarına deyəcək tək bir sözləri olmayacaq. Keçmişə baxanda tunelin həmişə qaranlıq hissələrində axtaracaqlar öz kölgələrini. Amma tapa bilməyəcəklər. Qaranlıqda kölgələr görünmür axı.

Reklamlar

Cabbar, səndən ötrü min yol!” üzerine 2 düşünce

  1. Elbette bilmersen.Cùnki essekde zeferanin ne oldugun bilmir.Cabbarin haqsiz hebsini qaranliq qelblere anlatmaga calisan sicandis Beyimi anlamaq ùcùn adamin(tebii ki,adamin) gerek en azi sican boyda leyaqeti ola…Cabbar,senden ötrù milyon yol.

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s