“Yay tətilimi necə keçirdim?” inşam

Sentyabr ayında “Yay tətilimi necə keçirdim?” adlı inşa yazmalı olsam nələr yazacağam deyə düşünməyə başladım. Nəticə diktaturanın hökm sürdüyü bir ölkədəki gənc üçün o qədər də təəccüblü deyil. Yayın bitməsinə hardasa bir ay qalıb. Bu bir ayda nəyinsə dəyişəcəyinə inanmıram açığı. Ona görə də tez olsa da bu da mənim inşam:

Yay tətilimin əlli faizini Bakı və Sumqayıt məhkəmələrinin önündə, bəzən də içində keçirmişəm.

Mən bu yay tətilimdə çox şey öyrəndim. Ömrünün ən çətini saydığı günlərdə də gülümsəməyi bacaran insanları tanıdım. Stəkanın içindəki suyu töküb, ağzını çevirib yerinə qoymayınca yatmayacaq qədər səliqəli amma həmçinin bir neçə obyektin şüşəsini sındıra bilən insanın ailəsini tanıdım. 22 illik cığırda ayağı heç vaxt büdrəməyən insanlarla birgə ən gözəl mahnıları dinlədim, ən gözəl şeirləri söylədim. Ən gözəl hissləri mən yaşadım. 19 yaşlı gəncin gözlərindəki ümidlə qidalanmağı öyrəndim. Ən gözəl analarla, ən gözəl qardaşlarla, ən gözəl körpələrlə dayandım məhkəmə binalarının qarşısında. Ən isti anlarda belə ürəyimizə sərinlik gətirirdi ümidlərimiz, azadlıq eşqimiz. Bu yay isti keçmədi. Kondisionerli ofislərdə, evlərdə oturmadım, amma bu yay heç isti keçmədi mənim üçün. Onların gülüşündə, baxışında tapdım o sərinliyi. Siz heç gülən əli qandallı insanlar gördünüzmü? Amma mən gördüm bu yay. Atasının məhkəməsinə gəlib, parkda oynayan iki yaşlı uşaq gördünüzmü? Atası vicdan məhbusu olan bir körpənin əlini tutdunuzmu? Mən bu yay bunları etdim.

Yumruğumu havaya qaldırdım bu yay. Ən gözəl mahnımızı- himnimizi söylədim yol yoldaşlarımla. Yəni, belə ölkəyə görə pis keçirmədim tətilimi. Həyatımda unudulmayacaq, yaxşı və ya pis anlar yaşadım. İstirahət? O, necə deyərlər, başqa bahara qaldı.

Reklamlar

“Yay tətilimi necə keçirdim?” inşam” üzerine 12 düşünce

  1. Bu yazını yazana demək istəyirəm ki, siz bezmədinizmi hakimiyyət əleyhinə çıxmaqdan. Belə çirkin fikirlər yazmaqdan.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s