Diktatorlarımızın “müdrik” ifadələri

“Su həyat mənbəyidir”- yalan söhbətdir. İnanmayın. Onu deyən insan üçün neftdir həyatın mənbəyi.

Yadımdadır, mən uşaq idim, böyük diktator və kiçik potensial diktator Heydər Əliyev və İlham Əliyev nefti götürüb üzlərinə sürtdülər. Çox yaxşı olardı ki, gözlərinə də sürtərdilər. Gözləri də doyardı bəlkə.

Yaltaq və qorxaq yapokratların bir yerlərindən uydurduqları ifadələr var bu hakimiyyətlə bağlı. Mənə ən pis qoyanı isə “ bunlar yeyib doyublar” ifadəsidir. Bəlkə də haqlıdırlar.Qarınları doymamış olmaz. Bircə gözləri də doyaydı.

Əsl diktatorsayağı bir hərəkətdir bu, hər yerə onun şəkillərini və debil debil sözlərini asmaq. Məsələn, bizim rəhmətlik “öndər”imiz  xalqının ancaq çay içməsini istəyirmiş. Bilirisiniz niyə? Çayın alternativi qəhvədir. Qəhvə isə yuxunu qaçırdır. İndi özünüz əlaqəni qurun görək niyə ancaq çay içməyimizi istəyib.

“ Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” bunu da o deyib guya. Türkün sözü var deyir : duy da inanma. “ O ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir” bunu isə balaca diktoş deyib.

“ Bu gün Azərbaycanın təhsil mədəniyyəti dünya sivilizasiyasına tam cavab verən bir səviyyədədir.” Bunu Heydər Əliyev deyib. Əgər nəzərə alsaq ki, Heydər müəllim 2003`cü ildə haqqın rəhmətinə qovuşubsa deməli bu cümləni ən uzağı 2003`cü ildə deyib. Nəticə də odur ki, bizim təhsil səviyyəmiz elə o vaxtdan yüksək imiş.

Bu ifadələrə nəzər salandan sonra düşünürəm ki, biz dağıdıcı yox, nankor müxalifətik. Allah bizi islah eləsin.

Reklamlar

Diktatorlarımızın “müdrik” ifadələri” üzerine 2 düşünce

  1. Senin “nefti gözlerine sùrterdiler” sözún,icimde bir arzu yaratdi.Yadima dùsdù:”Tomris dùsmenlerinden birinin basini kesir,qanla dolu tulugun icine atir ve deyir:sen qani cox sevirdin,burda gözùn doyacaq qeder qan var”.Teklif ediremki,bunlarinda basi kesilende neft quyularina atilsinki,belke gözleri doya.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s