Bu şəhərdə səma hələ göy deyil…

Bir neçə aydır müxalif düşərgədəyəm. Bir neçə aydır bu insanların demokratiya uğrunda nə qədər əziyyətlər çəkdiklərini  görürəm. Artıq mən də onlardan biriyəm. Saatlarca məhkəmə binalarının qabağında ayaq üstə durub məhkəmənin bitməsini gözləyirlər, polislərlə mübahisə etməyə məcbur olurlar. Bəzən günlərcə, bəzən aylarca, bəzən illərcə həbsxanada yatmalı olurlar. Bəziləri bütün vaxtlarını bu işlərə sərf edirlər. İşləməyə də vaxt tapmırlar. Güc bəla ilə dolanırlar. Bəziləri uşaqlarını gözü yaşlı qoyub, meydana çıxmalı olurlar. Döyülür, söyülür, təhqir olunur, ac susuz saxlanılırlar. Ağlınıza gələn, gələ biləcək bütün əziyyətləri yaşayır Azərbaycan müxalifəti, müxalif düşüncəli insanları.

Bəlkə görmək istəmirsiniz, ya da gözlərinizi aralamağa taqətiniz qalmıyıb, bilmirəm amma siz də bizdən az əziyyət çəkmirsiniz öz aramızdı. Niyə düşünmürsünüz ki Türkiyədəki şəffaf qutulara zərf atanlar insandırsa, mən nəyəm? İnsanfınız olsun bir parça. Görməkdənmi qorxunrsunuz?

Bilirsiniz, düşünürəm ki, müxalif insanlarla bu xalq arasındakı münasibət evli cütlüklərdən birinin digərinə qarşı olan laqeydliyi kimidir. Hər şeyi edirik, əlimizdən gələn hər şeyi. Qurbanlar veririk, amma nə çarə. Hələ də sözün əsl mənasında yanımızda deyilsiniz.

Sizdən rica edirəm bizim düşündüyümüzün yüzdə biri qədər sizdə öz övladlarınızın gələcəyini düşünün.

Yoxsulluğun, acımasızlığın, rüşvətin, savadsızlığın əlini qolunu sallayaraq gəzdiyi bir ölkədir bizimki. Ölkəmiz zəngindir, bizsə yoxsul.

Sizin üçün çıxdığımız bu yolun axırına çata bilməyimiz üçün sizdə bizə kömək edin. Hər şey hər kəs cəhənnəmə, ən azı öz övladlarınız üçün.

Şair Aqşin Yenisey bir şeirində deyir:

Bu şəhərdə başımızın üstündəki səma hələ göy deyil,

Ayağımız altındakı torpaq hələ yer deyil..

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s