Yamaqlı Azərbaycan

18 illik hakimiyyətləri dövründə çox şey görmüşük bu Əliyevlər ailəsindən. “Müqəddəs” ata və oğulun başımıza açmadığı iş qalmayıb. Hər şeyi ilə xalqa əziyyət verməyə çalışan bir hakimiyyətdir bizimki.

Bunların etdikləri hər şey özlərinə qarşıdır. Hamısı özünüifşadır. Ya bilmirlər, ya da heç veclərinə də deyil. Ölkənin çiçəklənməsi dillərindən düşmür heç vaxt. Analoqsuz inkişafdan, günü gündən gözəlləşən Azərbaycandan danışmaqdan dillərində yara çıxıb. Ay başına dönüm,  “möhtərəm” prezidentimiz şəhərkənarı villalarından birinə istirahətə (baxmayın da çox işləyir, əziyyət çəkir. Arada bir istirahət onun da haqqıdır.), ya da hansısa qəsəbəyə filan beş metrlik qırlanmış yolun açılışına gedəndə 10 gün əvvəldən keçəcəyi yolları, evlərin hasarlarını yamamğa başlayırlar. Üç gün sonra da yamadıqları yer yenidən xarab olur, elə də qalır ta ki, “çox hörmətli” İlham müəllim və ya onun gözəl xanımı, “först leydi” Mehriban müəllimə ordan bir daha keçənə qədər. Bəs hanı analoqsuz inkişaf?

İndi deyirəm, əzizlərim, siz bir təsəvvür edin ki, təxminən bir il sonra Azərbaycanda Eurovision mahnı müsabiqəsi keçiriləcək. Minlərlə turist gələcək Bakıya. Normal şəraitdə buna sevinərdik (bunu digər yazımda qeyd etmişdim). Siz indi fikir verin Azərbaycanı, bizi daha nə hallara salacaq bu hakimiyyət. Eurovision Azərbaycandan gəlib keçənə qədər necə əzablar verəcək bizə. Hər il bir dəfə “Tarqovu”nu söküb yenidən yığırdılar. Düşünürəm ki, bu bir il ərzində ən az beş dəfə söküb yenidən yığacaqlar. Həyatı bizə zindan edən hakimiyyət bunu daha da şiddətləndirəcək.Hələ körpülər tikiləndə çəkdiyimiz əziyyətləri unutmamışıq.

Arzu edirəm ki, bu il tez gəlib keçsin. İlhamın keçdiyi yollar kimi Eurovisionun keçdiyi Azərbaycanı da yamayacaqlar. Artıq başlayıblar. Allah bizi və Azərbaycanı Əliyev rejimindən daha böyük fəlakətlərdən qorusun (əgər varsa).

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s