Əsl bayram

Azərbaycan Eurovisionda qalib gəldi. Mən də sevinmək istərdim buna. Yarışmanın səhəri günü kafedə oturmuşduq. Televizorda o gecə qələbə çalan Azərbaycanı göstərirdilər. Sevinən insanları. Arxama çevrildim. Tv.yə baxdım. Geri çevrilib ah çəkdim. “kaş biz də sevinə biləydik” dedim. Niyə sevinə bilmirəm? Bu əslində çox aydın bir məsələdir. Mən o vaxt doğurdan xoşbəxt olaram ki, cibinə narkotik atılıb həbs edilən gəncdən üzr istəyib onu azadlığa buraxalar. Bəraət verələr. Mən o zaman sevinərəm ki, dünyanın ən qabaqcıl universitetlərindən birində təhsil alan, prespektivli bir gənc sırf müxalif fikirli olduğunu görə həbs olunduğu üçün üzr istəyib, bəraət verilər. Mən o zaman sevinərəm ki, insanlar aldadılmaz, səsləri oğurlanmaz, uşaqları öldürülməz, şəhid olanlar aparılıb evinin qapısına atılmaz, insanların evləri başlarına uçurulmaz, insanlar qarıntoxluğuna çalışmaz, qadınlar “qul bazarı”nda iş gözləməz. Mən o zaman sevinərəm ki, insanlar körpülərin üstündən, çəkilən yollardan qarnı tox, ürəyi rahat keçərlər, salınan parklarda xoşbəxt, gözəl gələcəyi olan uşaqlarını gəzdirərlər.

Mən o zaman sevinərəm ki, Cumhuriyyətin qurucusuna dəyər verilər. Heç nədən bir dövlət yaradan insana lazımi qədər qiymət verilər.

Eurovision qələbəsini bayram kimi qələmə verdilər. Yox, bu bayram filan deyildi. Sadəcə bir mahnı müsabiqəsi idi. Hər il hansısa ölkə qalib gəlirdi. Bu dəfə də biz qalib gəldik. Başqa heç nə.

Həmin gecə “Azadlıq meydanı”na yığışıb bayram edənləri Novxanıya, qurucumuzun məmləkətinə, ziyarətə çağırıram. Bəlkə də oraya yığışanların bir çoxu bilmir 28 may günü nə baş verib.

Əsl bayram 28 may günüdür.Cumhuriyyət günüdür.  Əsl qalib o günü bizə hədiyyə edən insandır. Cumhuriyyəti qurandır. Gəlin əsl bayramımızı birlikdə qeyd edək.

Reklamlar

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s