“İstirahət”imiz və ya “Sürünən insanlar”…

Bir gün kişi gəlir müdürünün yanına və maaşının artırılmasını istəyir. Müdürü səbəbini soruşanda kişi cavab verir: “Uşaqlar öyrəniblər ki, qonşular gündə üç dəfə yemək yeyirlər”

Biz nə üçün yaşayırıq? Mənə elə gəlir ki, Azərbaycan xalqı sadəcə dünyaya gəldiyi üçün yaşayır. Sanki buna məcburuq. Bəli, məcbur olduğumuz üçün yaşayırıq. Çox klişe çıxacaq bəlkə, amma düşünün bir, xarici ölkələrdə yaşayan insanları, bir də bizi. Bir dönün baxın dünyaya, onlar necədir, biz necəyik? Onlar necə yaşayırlar, nələr edirlər? Qısaca açmaq istəyirəm. Məsələn:

Onlar həftənin beş günü işləyib, iki günü istirahət edirlər (yay aylarından başqa). Bəs biz? Mən özüm tələbəyəm, işləmirəm, amma işləyənləri, ailə saxlayanları görürəm. Götürüm elə öz valideynlərimi. Onlar həftənin bütün günü işləyirlər. Heç bir xarici ölkəyə səyahət etməyiblər indiyə kimi. (atam bir dəfə Gürcüsata, bir dəfə də İrana getmişdi, ticari məsələ ilə bağlı). İllərdir mən onların istirahət etdiklərini görməmişəm. Ən yaxşı halda yay aylarında bir dəfə (ya bir, ya da bir neçə günlük) hansısa bölgəyə gedirlər. Mənsə gedə bilirəm arada bir hanısa dənizkənarı bir bölgəyə, yalnız hər hansı bir təşkilat yolu ilə. Bəziləri düşünə bilər ki, sanki bizim başqa bir dərdimiz yoxmuş kimi istirahətdən danışır..Amma elə deyil. Düşünək bir az da. Mən reankarnasiyaya inanmıram və məncə çox adam da inanmır. Bir dəfə gəlmişik dünyaya bir də çətin ki, gələk.

Bu ölkədə, bu şərtlərlə yaşadığımız şeyə “həyat” demək mümkündürmü?

Biz yaşamırıq, əməlli başlı sürünürük..Başqa ölkələrdə həftəsonlarını xarici ölkələrə səyahətə çıxırlar, bizdə isə heç qohumlarımıza qonaq getməyə də çox vaxt imkan tapmırıq.Bəziləri pulsuzluqdan, bəziləri vaxtsızlıqdan, bəziləri yorğunluqdan. Həftəsonu qavramı silinir lüğətimizdən. Həftəsonu mənə görə, dərsin olmadığı gündür sadəcə. Həftəsonu avtobusların bir az boş olduğu gündür. Həftəsonu xəbərlərdə bütün həftənin xəbərlərinin ümumi verildiyi gündür. Həftəsonu pulumun bittiyi gündür. Çox istərdim ki, gedim xarici bir ölkəyə və sorğu keçirdim. Sual isə “həftəsonu nədir” olsun.

Müharibə vəziyyətində yaşayırıq, Qarabağ kimi bir dərdimiz var, ona görə də sürünməliyik. Bəli, yoldaşlar, sürünməyə davam etməliyik.

Xalqımız gözləyir ki, bir gün ağ atlı oğlan gələcək. Bizi xilas edəcək. Gözləyirlər ki, əllərindəki son tikə çörəyə qədər alsınlar, talasınlar ondan sonra bəlkə, bəlkə xatırlayarlar ki ” Axı deyəsən, biz də insanıq”

Qorxuram ki, gələcəkdə biologiya elmində bizi “sürünən insanlar” kimi qeyd etsinlər..



					
Reklamlar

“İstirahət”imiz və ya “Sürünən insanlar”…” üzerine 2 düşünce

  1. Gözəl yazidir, Bəyim xanim! Ümid edək ki, bu həftəsonlarinin birində başlanan mitinqlərlə hakimiyyətin də sonu olsun!

  2. Vezifeliler bosuna demirlerki,1-2 ile Azerbaycanda kasib qalmayacaq.Dùz deyirler.Bir iki bu yazziq millet qirilib qurtaracaq.Ele özleri qalacaqlar.Yeni ermeniler ve kùrdler.Yeqinki,o zaman esrlerden beri gerceklesmeyen “böyùk ermenistan” xùlyasi gerceklesecek.

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s