Bir diktatorun doğum, Onun isə ölüm günü..

Elə indicə önün öldüyünü eşitdim. Anam dedi ki, “başın sağolsun”..Doğurdan da bu dünyada onun ölümünə məndən daha çox üzüləcək biri yoxdur. Heç kimi olmayan o insan, bəlkə də məni bu dünyada ən çox sevən, heç bir qarşılıq gözləməyn yeganə insanlardan ya biri, ya da elə tək olub. Biz onu tanıyanda  az qala ölürdü.O qədər az idi ki, aldığı təqaüd, ay ərzində, yalnız bitki yağı, çörək və sarımsaq almağa bəs edirdi. Bu dünyada yalnız  bir otaqlı evi var idi.İçində çoxlu dəmirlər, lazımsız şeylər olan evi. Qonşular danışırdılar ki, hərdən yıxılıb hardasa qalırdı, acından.

Mən onu tanıyanda 5 yaşımdaydım. Çox arıq, gücsüz idi. O halı ilə də, 13 il yaşadı.Bəli, anam çox yaxşı baxdı ona. Evini aldıq, beş nəfər biz, bir də o, 8 ilə yaxın birlikdə o evdə qaldıq.Mənə öz babalarımdan da yaxın olub ki, zatən mən babamın birini heç görməmişəm.Bəzən bütün günü birlikdə olurduq. Az da olsa rusca nəsə bilirəmsə ondan öyrənmişdim. Kart oynuyurduq birlikdə, heç cürə aldada bilmirdik amma. Gözləri yaxşı görməsə də, kartın biri əskik olan kimi, hiss edirdi. Sonra atam gözlərini əməliyyat etdirmişdi.

Yadımdadır, onun pensiya vaxtı mənim ad günümə düşürdü çox vaxt. Tort bişirirdi anam, O da mənə biraz pul verirdi..Pensiyasından biraz saxlayırdı, yayda, gizlədirdi, heç kim bilmədən, mənə verirdi.Kolabasa alırdıq (bunu çox vaxt yalnız ayda bir dəfə ala bilirdik)

Sonra evimizi satdıq, başqa yerə köçdük, bir iki il sonra artıq qocalar evinə getmək istədiyini dedi. Yadımdadı, istəmədən, birdən birə gözlərim dolmuşdu.Halbuki, o getsəydi artıq bizim də otağımız olacaqdı.

Musiqi bəstəliyirdi. Düşünürdü ki, qocalar evində bəlkə də onun bəstələrini alacaqdılar. Heç vaxt bu arzusuna çatmadı. Heç vaxt evlənməmişdi, uşağı yox idi.

Məni çox sevirdi. Doğurdan da. Və mən indi ona görə çox üzgünəm ki, aprelin 26sı onun doğum günü idi, anam və atam getmişdilər yanına, amma mən getməmişdim..O, artıq yoxdur, öldü.Bu yersiz ölüm deyildi, amma mən hələ də ölümlərə alışa bilmirəm..Hələ də, başa düşmürəm ki, hamı öləcək, ölməlidir.Bu gün öyrəndim ki, bəzən bəzi şeyləri etmək üçün çox gec olur..

P.S (bu yazı nə qədər alındı, alınmadı bilmirəm. Yazarkən gözyaşlarım klaviaturanı isladır.Mən təkcə onu yox, həm də uşaqlığımı xatırlayıram)

Bu mahnını dinləyərək yazmışam, bu mahnını dinləyərək oxuyun..  http://www.youtube.com/watch?v=LcNu7w9rv-k

Reklamlar

Bir diktatorun doğum, Onun isə ölüm günü..” üzerine 2 düşünce

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s