İlham Əliyev və onun qırmızı lentləri..

Kəsdiyi qırmızı lentləri bitib tükənmək bilməyən Azərbaycan prezidentinin həmin o lentlərin bir parçasını özü ilə apardığını, hətta kolleksiya düzəltiyini düşünürəm. Bir gün o lentləri gətirib tökəcək qabağımıza deyəcək ki, di hı, nə istəyirsiz? Ölkədə bu qədər inkişaf olmasa, bu qədər çox binalar, körpülər tikilməsə, yollar çəkilməsə, evlər sökülüb parklar salınmasa (o parklara diktatorların heykəlləri qoyulmasa) hardandır bu qədər kəsilmiş lent? Bu lentlər ölkəmizdəki inkişafın, hətta lap irəli getsək, sabitliyin əyani sübutudur. Əsas o deyil ki, ucaldılan göydələnlərin içi boşdur, parkda gəzənlərin mədəsi, oxuya bilməyən, təhsili əlindən alınan uşaqların beyni kimi. Əsas o deyil ki, körpülər yalnız bir neçə il davamlı olur, çəkilən yollar bir neçə ay sonra qazılıb, dağıdılıb nə bilim zirt zibil turbası çəkilir. Əsas o deyil ki, açılan xəstəxanalar od qiymətinə olduğu üçün xəstənin ağrıları daha da şiddətlənir qiymətləri eşidəndə. Əsas o deyil ki, təmir olunan məktəb binalarının pulu şagirdlərdən yığırlır. Əsas o deyil ki, çəkilən körpülərin altında dilənçilər, evi  və sığınacaq yeri olmayanlar yatır. Əsas odur ki, onların lentini kəsiblər. Prezident şəxsən təşrif buyurub (asfaltlanmış futbol meydançası qədər olan yolun) açılış edib. Fotograflara poz verib. Və elə ən uzağı yarım saat sonra dövlət qəzetində “Prezidentimiz filan filan yerin açılışını edib” deyə biz yazı gedib və axşam xəbərlərdə yenə prezidentimiz bir iki kəlmə deyib. İnkişaf, sabitlik filan..

Ən sonda, 11 Mart Böyük xalq gününün əleyhinə hazırlanmış bir foto gördüm. Yazılıb ki, “Bizim hədəfimiz sabitlikdir. İlham Əliyevlə irəli”

Bizimsə hədəfimiz Azdlıqdır! Demokratiyadır..

Reklamlar

İlham Əliyev və onun qırmızı lentləri..” üzerine bir düşünce

  1. Maraqli!
    Nezerine chatdirim ki, bu il Azerbaycanda qirmizi lent istehsali 1.7 defe artmishdir ki, bu da qayci dasiyan milli paltrli qizlar ve s. ile birlikde 50-60 yeni ve davamli ish yeridir. Bu ise uzaq goren siyasetin ve iqtisadi inkisafin gostericisidir! Yasasin Azerbaycanimiz!

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s