“qız uşağı? miting?”

Nə meydana çıxmaqdan, nə plakat yazmaqdan, nə qaçmaqdan, saatlarca bölmədə gözləməkdən, nə ac qalmaqdan, nə “Azadliq”, “Istefa” deyə qışqırmaqdan, yumruğumu havaya qaldırmaqdan yorulmuram. Amma şöbədən çıxıb axşam evə gələndə evdəki havadan, mənə münasibətlərindən, baxmaqlarından, məsləhət, öyüd vermələrindən, saatlarca danışmaqlarından yoruluram, bezirəm.. Qohumların davranışlarından, zəng vurub uzun uzun anamla danışmaqlarından, “qız uşağının nə işi var mitinglərdə” demələrindən zəhləm gedir. Mitingdə, tədbirlərdə, görüşlərdə hər şey gözəl keçir, ruh yüksəkliyi yaranır, sevincli və məsud halda evə qayıdıram. Birinci mərtəbədəki qonşunun işığı elədir ki, bloka kimsə girən kimi avtomatik olaraq yanır. Bloka girirəm. Işıq yanır birdən birə. Xoş xəyallardan, ümidlərdən, sevincimdən ayılıram. Ayrılıram. Anam açır qapını. Üzü sirkə satır. Biraz keçir atam başlayır. Danışmağa. Danışır..danışır. O vaxtlardan, mübarizənin ən şərəfli günlərindən, ön cərgələrdə olmağından danışır, bu söhbətlərin hamısını yaxşı bildiyini deyir..danışır.. tamam, bunlara bir etirazım yoxdur. Onsuzda bilirəm. Gözümü açandan Elçibəyin adını eşitmişəm. Onun rəsmlərinin arasında böyümüşəm. Atamın Kələkiyə getdiyi vaxtları xatırlayıram. Darıxırdım. Elçibəydən inciyirdim. Atam onun yanına gedirdi. Mənsə darıxırdım. O vaxtlar Bəydən belə acıqlı idim. Hardan bilərdim ki, gün gələcək onun üçün darıxacam. Onun izindən gedəcəm, ordakı, uzaqdakı, bizim yolumuza varmaq üçün mübarizə aparacam.. Nəysə..

Atam bu söhbətlərdən sonra dolaylı olaraq mənim mitinqlərə getməməyimi istədiyini deyir. O zaman belə bir sual doğur beynimdə. Bizim apardığımız mübarizə fərqli deyil axı, axı niyə mən mübarizə aparmamalıyam?. Yaxşı, pis yaşadıqlarını yaşayıblar, bizsə hələ gəncik..ömrümüz qabaqdadır. biz gələcəyimiz üçün, ana, ata olanlar usaqları üçün, onların gələcəyi, xoş gələcəyi üçün mübarizə aparırıq. Bu şəxsən mənim fikrimdi ki, bu vəziyyətdə yaşamaqdansa ömrümün sonuna qədər mübarizə apararam..Bütün həyatımı qoyaram ortaya, atamın etdiyi səhvi etmərəm, ailə qurmaram, ana olmaram. bu rejimə uşaq doğmaram. Mübarizə apararam, qalib gələndən sonra yaşamağa başlayaram. Mənim də, bir çox digər gənclər kimi, sadəcə öz işimlə məşğul olmağımı, hər gün universitetə gedib gəlib, dərslərimi oxuyub, bir neçə dil öyrənib, universiteti bitirib, hardasa işləməyə başlamağımı, biraz sonra da yaxsı bir qismət çıxanda evlənməyimi istəyirlər. Amma bilmirlər, ya da unudurlar ki, mən o biri uşaqlar kimi deyiləm bəlkə..Bunu heçmi düşünmürlər? Axı mən hər gün səhər durub universitetə gedəndə, metronun qarşısında dilənən yaşlıları, əlilləri görəndə, gənclərin əllərində nəsə satdıqlarını, oxumaq yerinə şüşə silən uşaqları, düşünməkdən məhrum edilmiş gəncliyi, yalan xəbərlər satdıqları insanları görəndə gözlərim dolur, məhv oluram. Mənə meydana çıxma deyənlərin sözləri düşür yadıma. Və bir daha anlayıram ki, mən mübarizə aparmadan yaşaya, bu insanların üzünə baxa bilmərəm. Onların xəbərləri yoxdur bəlkə də çox şeydən və mən bilirəm o şeyi..demirəm, deməyə izin vermirlər. əzab vericidir..

Reklamlar

“qız uşağı? miting?”” üzerine 10 düşünce

  1. Atam deyir danışma heç yerdə! Sənin nəyin əskikdir?
    Anam deyir azad fikirlilikdən qorxma. Mitinq oldu, get.
    Əslində onların dəstəyi və ya qarşıdurmaları elə də önəmli deyil mənim üçün. Əsas öz fikrimdir. Mən hansısa siyasətin qurbanı olmaq istəmirəm, mən siyasətçi deyiləm. Nə iqtidaram, nə müxalifətəm. Mən millətpərəstəm. Millətim üçün yaxşı olanı etməyə çalışıram. və bir tərəfdən də bu qənaətə gəlirəm ki, hər gün TVdə “ermənilər Dağlıq Qarabağda filan şey eləsə, Azərbaycanın reaksiyası filan olacaq” . Ən çox əsəbləşdiyim sözdür bu. Qarabağı qaytara bilirik ki, ümumiyyətlə, yaxın 20 ildə nə etmişik qaytarmaq üçün? və ya bundan sonrakı planlarımızda Qarabağlı yaşam var? Ancaq boş-boş danışırlar millət vəkilləri. Ancaq danışmağı bilirlər.Başqa heç nə..Yazı üçün təşəkkür.

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s