Üç yoldan biri…

Həmişə düşünmüşəm ki, bu ölkədə necə yaşamaq olar? Bu rejimə necə dözmək olar? İnsanların  bu qədər əzilməsinə, belə məhv olmasına necə tamaşaçı qalmaq olar? Düşünürəm ki, üç yol var qarşımızda. Ya çıxıb getmək, hər şeyi arxada buraxmaq, bu ölkəni qurmaq, ayaqda saxlamaq üçün əziyyət çəkənlərin xatirəsini, ruhunu bir kənara itələyib çıxıb getmək. Ya intihar etmək ki, mən bunu çox düşünmüşəm. Çünki bu vəziyyətdə yaşamağa davam etmək, hər şeyə boyun əymək, nədənsə, kimdənsə qorxaraq yaşamağa davam etmək, cibindəki qəpikləri saymaqla günləri, ayları keçirməkdənsə ölmək daha düzgün olardı. Ya da qalmaq, mübarizə aparmaq, şərəfsizliyə göz yummamaq, insanları məhvdən xilas etmək, onlara necə olmalı olduğunu göstərmək, əlində plakatı, dilində şüarı meydanlara çıxmaq. Bağırmaq, qışqırmaq, qaçmaq, yerə oturmaq, dirənmək. Ölkəni quranların ruhundan utanmaq. Mübarizə apararaq yaşadığını hiss etmək. Gələcəyə ümidlə baxmaq. Uşaqlarının, yaxınlarının, qohumlarının, dostlarının, xalqının gözünə qürurla baxa bilmək. Ahmet Kaya bir mahnısında deyir ki, “Bu yoldan dönənlər oldu, mum kimi sönənlər oldu. Yar sinəsinə baş qoymadan, vurulub düşənlər oldu. Bir Sən qaldın geriyə”. Bəli bir biz qalmışıq. Mübarizə aparmalı olan, gözü bağlanmamış, bütün gerçəkləri görən, göstərməyə qadir olan, itirəcək heç nəyi olmayan bizlər.

Mən üçüncü yolu seçdim. Bəs sən?

 

Reklamlar

Üç yoldan biri…” üzerine bir düşünce

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s