Köhnə QAZ 21 və Heydər Əliyev

Artıq bu ölkədə gördüyüm şeylərə görə təəccüblənməməyi öyrənirəm yavaş-yavaş.. Məsələn dünən “Tarqovu”nun göbəyində bir toya rast gəldik. Gəlin aparmağa gəlmişdilər deyəsən. İndiki toylarda gəlini aparmaq üçün ən son dəbə uyğun maşınlar seçilir və bəzədilir. Bu toyda isə fərqli idi. Köhnə maşınları gəlin aparmaq üçün bəzəmişdilər. Bu mənzərə çox gözəl idi. Nəysə..Maşınlardan biri diqqətimizi cəlb elədi. Çox maraqlı maşın idi. Köhnə Qaz 21 avtomobilinin şüşəsinə içəridən Heydər Əliyevin şəkli yapışdırılmışdı. Nə mənası var? Nə dəxli var axı Heydərin Qaz 21ə? Bu şəklə görə yol polisləri o maşını saxlamır? Ya da saxlayanda pul almır? Deyirəm də, bu ölkədə gördüyünüz heç nədən şaşırmıyın. Bir şəhərin ki, girəcəyində iri bir samovar qoyulub və yanında “Mən istərdim ki xalqım ancaq çay içsin” yazılıbsa daha heç nə təəccüblü deyil.

Bu yaxınlarda metroda yanımda oturan kişinin telefonuna gözüm sataşdı. Ekranda İlham Əliyevin şəklini gördüm. Mən başa düşə bilmirəm bu insanların etdikləri bu gic gic hərəkətlərin mənasını. İlham Əliyev kimdir axı? Dövlətimi qurub? Müstəqilliyimi əldə edib? Nə edib bizin üçün? Yol çəkməkdən başqa nə edib. Hansıki bir neçə il dözümlü olur sadəcə. Hər şeyi başa düşmək olar. Hər addımbaşı Heydərin ya tək, ya da oğlu ilə böyük böyük şəkillərini görməyə öyrəşmişik. Guya dahicəsinə deyilmiş sarsaq sarsaq sözlərini oxumağa da öyrəşmişik. Ancaq diktatorlara yaraşan şeylərdi bunlar. Demək istədiyim odur ki, guya bizim “ümummilli liderimiz” Heydər Əliyevdir. Onun şəkilini qoysan ekrana azca da olsa başa düşərəm. Belə insanlar var. Qəbul edək ki, yaltaq və mənasız insanlar çoxdur. Amma Məmməd Əminin, Elçibəyin yolunu gedən, onları unutmayan, hər zaman yaşadan, hamıya xatırladan, balacalara da öyrədən, unutdurmayan insanlar da az deyil!

Reklamlar

Köhnə QAZ 21 və Heydər Əliyev” üzerine bir düşünce

  1. bugun 119 nomreli avtobusta bir kishi gordum eyninde seliqeli , kostum boynunda qolustuk , kostumun varatnikinde pz İlhamin sekli olan znacok və nəhayət əlində kohne bir sumka icinde quru corek! duz uz-beuz oturmusduq ne qeder ters ters uzune baxdim ancaq reaksiya vermedi.hadise real heyatdan goturulub )))

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s