“Qanımızdakı rüşvət”

Bu fikirlə çox tez-tez rastlaşırıq.Ən son dünən eşitdim bunu..Rüşvət qanımızdadır.Bu qənaətə necə gəliblər bilmirəm.Biologiya kitablarında qanın tərkibi açıqlananda heç bundan bəhs etməmişdilər. Qanın tərkibində eritrosit, leykosit, trombositlərin olduğu məlumdur. Azərbaycanda tibb o qədər inkişaf edib ki, indiyə kimi heç kimin bilmədiyi,bir şeyi kəşf ediblər. Qanın tərkibində yuxarıda sadaladıqlarımdan başqa rüşvət də var imiş. Axtarsaq qanımızdan hələ çox şey çıxar.

Rüşvətlə bağlı çox fikirlər eşitmişəm. Mənə ən qəribə gələnlərdən biri də o oldu ki, qrup yoldaşlarımla rüşvətlə bağlı mübahisəmizdə rüşvətin yalnış olduğunu anlatmağa çalışarkən, bir qızın izahı məni çox təəccübləndirdi. Qız iddia edir ki, rüşvət onların həyatını asanlaşdırır.Başa sala bilmədim ki, valideynlərinin gün ərzində saatlarla əziyyət çəkib qazandığını onlar rüşvət olaraq, çox asanlıqla əldə edirlər və sən düşünürsən ki, bu sənin həyatını asanlaşdırır.Qayıdaq qan söhbətinə.Mən və mənim tanıdığım onlarla insan var ki, nə rüşvət alırlar, nə də verirlər.Əgər rüşvət bu xalqın qanındadırsa, onda biz hansı xalqa mənsub olduğumuzu yenidən araşdırmalıyıq.

Reklamlar

“Qanımızdakı rüşvət”” üzerine 2 düşünce

  1. Beyim xanim, sizin yazini bir nece hisseye ayiraraq cavablamaq isteyirem, icazenizle 🙂
    Ilk, qanimiz Allah’in oldugu urekden kechir, bunu Islam soyleyir ( sorushandaki niye sheytana insanin damarinda(qaninda) olmaga icaze verdin, Tanri cevablayir ki, qan urekden kechir, urekde Men varam … Allah’ina inanan ve anlayanlar uchun gozel hekayedir…
    2-ci, o qiz ve Xalqimiz butovlukde rushvetsiz heyata alishmalidir, bu guneshsiz yashamaga mehkum olunmushlara benzeyir ki, Gun ishigina chixdiqlarinda kor olacaklarindan qorxub, yeniden zindana can atirlar …
    3-cu, Siz bu xalqin ovladlarisiniz, onlar da bu xalqin ovladlaridirlar amma ələ oyredilmish “heyvanlar” kimidirler ki, geri tebiet qoynuna buraxilmaqdan qorxurlar …
    PS. ” heyvan” mecazi menada idi ! esla Xalqimi ashagilamaq fikrim yoxdur

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s