11 Mart

Aksiyaya çıxıb çıxmayacağımı bilmirdim.Bir gün qabaq uşaqlarla danışdıq.Çıxmağa qərar verilmişdi.Çıxmağı məndə çox istəyirdim.Maraqlı idi ki, əgər məni aksiyada tutsalar necə olacam.Qorxacammı?Ağlayacammı? Özümü sınamaq kimi bir şey idi bu. Düzdür bundan qabaq bir iki aksiyada iştirak etmişdim.Amma bu dəfə elan olunmuş aksiya idi və tutulmaq ehtimalı böyük idi.Bütün şəhər polislərlə dolu idi.Hətta əsgərləri də işə cəlb etmişdilər.Bizim aksiyamız uzun müddət davam edə bilmədi təbii ki, o qədər polisin içində. Amma aksiyamızı baş tutmuş hesab edirəm.Plakatlarımız var idi.Şuarımızı səsləndirdik. Yüzlərlə tələbəyə çatdırdıq səsimizi, etirazımızı.Ətrafdan eşitdiyim reaksiyalar da çox gözəl idi.Oğlanların reaksiyası maraqlı idi.Aksiyada qızların iştirak etməsi onların da xoşuna gəlirdi.İki qız idik aksiyada.İkimiz də tutulduq.Və keçirməkdən qorxduğum hissləri keçirmədim.Polislərin hərəkətləri, üzlərindəki ifadələr gülməli gəlirdi mənə.Onlar üçün biz terroristdən də qorxulu idik. Hələdə eləyik. Adımızın,soyadımızın,harda oxuduğumuzun,niyə aksiya etdiyimizin, nə istədiyimizin 40 dəfə soruşulması bezdirirdi məni, amma onların bu qədər qorxmağı, bizim nə qədər güclü olduğumuzu bir daha sübut edirdi və bu məni sevindirirdi.

 

Reklamlar

11 Mart” üzerine bir düşünce

  1. Chox sag olunuz Beyim Xanum.Men size anjag ve anjag ugurlar arzu edirem.Sizin kimi Xanumlar bu gyn Azerbaijanda chox kishilerden geyretlidirler.Men sizi emin edirem ki menim muhajir heyati yashadigim Canadada yashayan Azerbaijanlilarin boyuk ekseriyyeti satginligla yashayirlar.
    Amma sizin kimi ve Gozel Xanum kimi Xanumlarimiz oz janlarini bizim azadligimiza gore myjadile edirsiniz.Sizi anjag algishlaya bilerem Xanum.
    Mesele polislere geldikde ise onlarin icherisinde kishi chox az tapilir Xanum.Onlarin kimliyini men chox gozel bilirem.Tek Suraxani polis idaresinde 73 nefere,bashda olis reisi Veli Mammadov olmag sherti ile,jinayet ishi galdirtdirdim. 600 nefer jinayet ishide adam kechirdi.Tek bashina.Siz tesevvyr edin ki Polis reisi buruglarin arasinda meyit basdirir.Jinayet ishini achmamag ycyn.14 ay istintagdan sonra,44 fakt yzre,Jalal Aliye 3 defe ryshvet chatdigdan sonra 20954 nomreli jinayet ishini bagladilar.Mejburiyyet garshisinda galib dogma Azerbaijani terk etmeli oldum.
    Polis Azerbaijanda ganunileshdirilmish bir guldur teshkilatidir.

Bir Yanıt Bırakın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

Connecting to %s